24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

FHN əhaliyə müraciət etdi

Tarix: 04-07-2023 / 23:54 | Baxılıb: 351
yazıyı büyüt yazıyı küçült
FHN əhaliyə müraciət etdi


Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi ərazilərdə müşahidə olunan hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən 24 İNFO-ya daxil olan müraciətdə deyilir:

"Hazırda bir sıra dağlıq və dağətəyi rayonlarda müşahidə olunan yağmurlu hava şəraitinin iyulun 5-i gündüz saatlarında da davam edəcəyi, arabir intensiv xarakterli olacağı gözlənilir.

Qeyd olunanları, habelə intensiv yağışların bəzi dağ çaylarında yarada biləcəyi sel və daşqın təhlükəsini nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi həmin bölgələrdə yaşayan, habelə istirahət edən vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Təhlükə zamanı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə müraciət edilməsi tövsiyə olunur".






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    İyun 2024    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ