24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

“Bakı Taksi Xidməti” 200-dən çox dializ xəstəsinə yardım etdi

Tarix: 16-06-2020 / 14:14 | Baxılıb: 698
yazıyı büyüt yazıyı küçült
“Bakı Taksi Xidməti” 200-dən çox dializ xəstəsinə yardım etdiNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Taksi Xidməti” MMC və “ASAN xidmət”in 108 “Çağrı” Mərkəzi sərtləşdirilmiş karantin rejimində vətəndaşlara xüsusi xidmətlər göstərib.



Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq edilib.



Məhdudiyyətlərin tətbiq edildiyi müddətdə siyahısı “TƏBİB” publik hüquqi şəxs tərəfindən təqdim olunmuş 200-dən çox dializ xəstəsinin “ASAN xidmət”in 108 “Çağrı” Mərkəzi vasitəsilə müvafiq tibb müəssisələrinə çatdırılması təmin olunub.



“ASAN” könüllülərinin iştirakı ilə həmin şəxslər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Taksi Xidməti” MMC-nin xüsusi avtomobilləri vasitəsilə aidiyyəti tibb müəssisələrinə aparılıb və geri qaytarılıblar.

“Bakı Taksi Xidməti” 200-dən çox dializ xəstəsinə yardım etdi
“Bakı Taksi Xidməti” 200-dən çox dializ xəstəsinə yardım etdi
“Bakı Taksi Xidməti” 200-dən çox dializ xəstəsinə yardım etdi






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ