24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

DYP-dən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT

Tarix: 19-03-2024 / 09:57 | Baxılıb: 166
yazıyı büyüt yazıyı küçült
DYP-dən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏTBakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Qurum qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməyi, sürət həddini yol və hava şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin tormozlamadan çəkinməyi xahiş edir:

“Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2024    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ