24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

“Sağlamlığın Qorunması” İctimai Birliyi ilə TƏBİB Anlaşma Memorandumu imzaladı

Tarix: 03-03-2024 / 23:31 | Baxılıb: 215
yazıyı büyüt yazıyı küçült
29 fevral 2024-cü il tarixində “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması məqsədi ilə görüş keçirilib.

“Yeni Gundem”in məlumatına görə, görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, direktorun müşaviri Emin Xəlilov, Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli və ictimai birliklərin nümayəndələri iştirak ediblər.
Görüşü TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov açıq elan edərək bu cür əməkdaşlıqların səhiyyə sisteminin daha da inkişafına, gələcəkdə aktiv layihələrin həyata keçirilməsinə, tərəflər arasında faydalı, uzunmüddətli və effektiv əlaqələrin qurulmasına zəmin yaratdığnı qeyd edib. Daha sonra Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli və digər əməkdaşlar çıxış edib.

“Sağlamlığın Qorunması” İB-nin sədri Yazgül Abdıyeva bu əməkdaşlıq üçün TƏBİB-ə təşəkkür edib.
O qeyd edib ki, bu Anlaşma Memorandumu əhalinin sağlamlığının qorunması sahəsində və davamlı tibbi təhsil çərçivəsində tibb işçilərinin ixtisasları üzrə biliklərinin artırılması məqsədi daşıyır. Y. Abdıyeva Bu qarşılıqlı əməkdaşlığın Azərbaycanda səhiyyə sisteminin daha da inkişafına öz töhfəsini verəcəyini, birgə uğurlu işlərə imza atmaq üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıb.

Bu memorandumun imzalanması ilə “Sağlamlığın Qorunması” İB və TƏBİB arasında qarşılıqlı faydalı əlaqələrin qurulması və inkişafı genişlənəcək.

Daha sonra TƏBİB və “Sağlamlığın Qorunması” İctimai Birliyi arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

Qeyd edək ki, tədbirdə Sağlamlıq qorunması İB sədr müavini Babayeva Xalidə də iştirak edib.

“Sağlamlığın Qorunması” İctimai Birliyi ilə TƏBİB Anlaşma Memorandumu imzaladı
“Sağlamlığın Qorunması” İctimai Birliyi ilə TƏBİB Anlaşma Memorandumu imzaladı
“Sağlamlığın Qorunması” İctimai Birliyi ilə TƏBİB Anlaşma Memorandumu imzaladı
“Sağlamlığın Qorunması” İctimai Birliyi ilə TƏBİB Anlaşma Memorandumu imzaladı
“Sağlamlığın Qorunması” İctimai Birliyi ilə TƏBİB Anlaşma Memorandumu imzaladı
“Sağlamlığın Qorunması” İctimai Birliyi ilə TƏBİB Anlaşma Memorandumu imzaladı
“Sağlamlığın Qorunması” İctimai Birliyi ilə TƏBİB Anlaşma Memorandumu imzaladı






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2024    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ