24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Hande Harmancı üzr istədi

Tarix: 16-06-2020 / 14:30 | Baxılıb: 466
yazıyı büyüt yazıyı küçült
Hande Harmancı üzr istədiÜmumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı sosial şəbəkədə paylaşdığı fotoya görə üzr istəyib.

"24info.az" xəbər verir ki, H. Harmancı iyunun 13-də həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfərə getdiyini bildirib:

"COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər.

İyunun 13-də, həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib.

Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm.

Görəcəyimiz işlər hələ çoxdur. Sizin dəstəyinizə çox ehtiyacımız var. Pandemiyanın öhdəsindən yalnız birlikdə gələ bilərik".






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ