24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

"Anatolian Phoenix - 2023" beynəlxalq hərbi təlimi davam edir

Tarix: 09-06-2023 / 22:43 | Baxılıb: 70
yazıyı büyüt yazıyı küçült
Türkiyə Konya şəhərində keçirilən “Anatolian Phoenix - 2023” ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Müdafiə Nazirliyindən 24INFO.AZ-a verilən məlumata görə, plana uyğun olaraq beynəlxalq təlimin növbəti mərhələsində paraşüt hazırlığı və patrul fəaliyyəti üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib.

Ssenariyə əsasən, təlim iştirakçıları qəzaya uğramış ekipaj üzvlərinin şərti düşmən arxasında axtarış-xilas və təxliyə edilməsi üzrə növbəti fəaliyyəti uğurla icra ediblər. Tapşırıqların yerinə yetirilməsində əsas diqqət şəxsi heyətin paraşütlərdən istifadə bacarıqlarının təkmilləşdirilməsinə, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasına yönəldilib.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, texniki heyəti və aviasiya vasitələri ilə yanaşı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları təmsil edir.







Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ