24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

MN:"Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunur"

Tarix: 13-06-2023 / 10:57 | Baxılıb: 84
yazıyı büyüt yazıyı küçült
MN:"Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunur" Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir.

Müdafiə Nazirliyindən 24INFO.AZ-a verilən xəbərə görə, çətin relyefli və yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq sutkaboyu döyüş növbətçiliyi təşkil olunur, fasiləsiz xidmət aparılır.

Şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırolma və mənəvi-psixoloji vəziyyətin daim yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Azad edilmiş ərazilərdə xidmət aparan hərbi qulluqçularımız ehtimal olunan istənilən təxribatların qarşısını almağa hər an hazırdırlar.







Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ