24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Natiq Miri:“Yeni səfir Rusiya-Azərbaycan münasibətlərinə ciddi dəyişiklik gətirməyəcək"

Tarix: 14-06-2023 / 15:01 | Baxılıb: 284
yazıyı büyüt yazıyı küçült
Natiq Miri:“Yeni səfir Rusiya-Azərbaycan münasibətlərinə ciddi dəyişiklik gətirməyəcək" “Yeni səfirin təyinatı Rusiya-Azərbaycan münasibətlərinə ciddi dəyişiklik gətirməyəcək”.

Bunu"24 İNFO"ya açıqlamasında siyasi şərhçi Natiq Miri bildirib. O deyib ki, rəsmi Moskva ölkəmizin həm MDB məkanında, həm də Cənubi Qafqada strateji əhəmiyyətini, habelə regional kommunikasiyalar baxımından rolunu yaxşı dərk edir.

Onun sözlərinə görə, Kremlin önəm verdiyi “Şimal-Cənub” nəqliyyat dəhlizində mühüm rola malik olması Azərbaycanı adı çəkilən ölkə üçün əhəmiyyətli edən faktorlardan ən başlıcasıdır:

“Bunu eyni zamanda “Şərq-Qərb” kommunikasiya sisteminə də aid etmək olar. Hər iki marşrut hazırda Rusiya üçün mühüm əhəmiyyət daşıyır. Onların də aparıcı ölkəsi məhz Azərbaycandır. Rusiyanın mövcud iqtisadi vəziyyəti mürəkkəbdir. Ona görə də rəsmi Moskva üçün digər bazarlara yeni kommunikasiyalara ehtiyac var. O ki qaldı Qarabağ və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsinə, burada da Rusiya çalışacaq ki, Qarabağdakı sülhməramlı kontingentini 2025-ci ildən sonra da burada saxlasın. Azərbaycan isə bu məsələdə qərbdəki tərərfdaşları ilə məsləhətləşmələr aparmağa üstünlük verəcək. Rusiya mərkəzdən, Kremldən və Xarici İşlər Nazirliyindən idarə olunur. Bu baxımdan bu təyinatı normal və belə demək mümkünsə adi qəbul edirəm”.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ