24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Tural Gəncəliyev "24 İNFO"ya eksklüziv açıqlama verdi

Tarix: 14-06-2023 / 16:44 | Baxılıb: 396
yazıyı büyüt yazıyı küçült
Tural Gəncəliyev "24 İNFO"ya eksklüziv açıqlama verdi “Laçına böyük köçün başlanması ciddi siyasi və hərbi-strateji əhəmiyyət daşıyır”.

Bunu Milli Məclisin üzvü Tural Gəncəliyev “24 İNFO”ya özəl açıqlamasında bildirib.

O deyib ki, işğaldan azad edilən ərazilərimizə məskunlaşan əhali orada həyata keçirilən intensiv inşaat və quruculuq işlərinə şahidlik etməklə yanaşı, həm də bu torpaqların daha sürətli və intensiv inkişafına töhfə verirlər.

T. Gəncəliyev Laçında əhalinin məskunlaşması prosesinin siyasi-strateji əhəmiyyətindən də bəhs edib. O deyib ki, Ermənistanın Azərbaycana təcavüzü başlanan dövrdə hücuma və işğala məruz qalan ilk ərazilərdən biri məhz Laçın olub. Bu baxımdan həmin ərazilərə böyük köçün başlanması həm də adı çəkilən ölkəyə və onun havadarlarına ordumuzun sarsılmaz hərbi gücü və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Ermənistan ordusunun darmadağın olması barədə ciddi bir sinqnaldır:

“Məlumdur ki, işğalın davam etdiyi 30 il ərzində Ermənistan rəzil gününə düşdü, iqtisadiyyatı tənəzzül etdi. Hazırda da bu ölkə dünyanın ən kasıb və rəzil ölkələrindən biridir və mövcudluğunu sadəcə kağız üzərində davam etdirir. Laçın eyni zamanda Zəngəzur bölgəsinin önəmli şəhərdir. Bu məsələnin strateji əhəmiyyəti isə ondan ibarətdir ki, Zəngəzur dəhlizi tez bir zamanda açılmaqla Türk dünyasını və Şərqlə Qərbi birləşdirən, habelə Orta dəhlizin də keçdiyi çox önəmli bir şəbəkə olacaq. Laçın şəhəri böyük bir dəhlizin yerləşməsi ilə bundan sonra daha çox inkişaf edəcək. Bu köç tarixi əhəmiyyəti ilə yanaşı, həm də hərbi-strateji və dünyanın siyasi gündəmini təşkil edəcək böyük siyasi hadisə kimi xarakterizə olunur”.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ