24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Fuad Hüseynov: "İlin sonunadək 10 min nəfərə yaxın soydaşımız öz evinə qaytarılacaq"

Tarix: 14-06-2023 / 20:33 | Baxılıb: 285
yazıyı büyüt yazıyı küçült
Fuad Hüseynov: "İlin sonunadək 10 min nəfərə yaxın soydaşımız öz evinə qaytarılacaq" “İlin sonuna qədər 10 min nəfərə yaxın keçmiş məcburi köçkünün doğma yurdlarına qayıdışı nəzərdə tutulub”.

Bu fikirləri 24 İNFO-ya eksklüziv açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib. O, vurğulayıb ki, bu gün Laçına yola salınan maşın karvanı ilə ümumilikdə 22 ailənin, yəni 72 nəfər soydaşımızın doğma yurd həsrətinə son qoyulub.

F. Hüseynov işğaldan azad edilən ərazilərdə məskunlaşdırılan şəxslərin sağlamlıq, məşğulluq, eləcə də digər sosial ehtiyaclarının təminatı məqsədilə TƏBİB də daxil olmaqla, həm dövlət, həm də özəl qurumlarla müvafiq iş həyata keçirilir, onların pulsuz tibbi müayinəsi təşkil olunur:

“Bu ilin sonunadək 2 min nəfərə yaxın keçmiş məcburi köçkün ailəsinin, yəni 10 min nəfərə yaxın soydaşımızın Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonuna qayıtması nəzərdə tutulur. Laçın şəhərinə 700, Laçınnı Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi planlaşdırılır. Bununla yanaşı, Füzuli şəhərinə 267, Şuşaya 450, Zəngilanın Ağalı kəndinə isə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı nəzərdə tutulub”.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ