24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Raket və artilleriya bölmələri atəş tapşırıqlarını icra etdi

Tarix: 19-06-2023 / 12:10 | Baxılıb: 129
yazıyı büyüt yazıyı küçült
Raket və artilleriya bölmələri atəş tapşırıqlarını icra etdi 2023-cü ilin hazırlıq planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələrində atəş tapşırıqları icra edilib. Bu barədə 24 İNFO-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, qurğuların döyüş tətbiqinə hazırlanması və icrası üzrə tapşırıqları yerinə yetiriblər. Təlimdə bölmələr reaktiv yaylım atəşi sistemlərindən döyüş atışları icra ediblər.

Təlimin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, raket və artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təşkilidir.







Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ