24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Əziz Əlibəyli: Prezidentin çıxışı sərhəddə baş verənlərə yönəlik bir anonsdur

Tarix: 23-06-2023 / 19:44 | Baxılıb: 305
yazıyı büyüt yazıyı küçült
Əziz Əlibəyli: Prezidentin çıxışı sərhəddə baş verənlərə yönəlik bir anonsdur
“Prezidentin bugünkü çıxışı Qarabağ ermənilərinin limitinin tükənməsi və Laçın dəhlizinin təxribata cavab olaraq birmənalı şəkildə qapadılması iradəsinin aşkar göstəricisidir”.

Siyasi ekspert Əziz Əlibəyli Prezident İlam Əliyevin Müdafiə Nazirliyinin komando hərbi hissələrindən birinə Döyüş bayrağının təqdim olunması mərasimindəki niqtini şərh edərkən belə deyib.

Onun sözlərinə görə, dövlət başçısının çıxışı özlüyündə yeni hərbi sərhədlər və hədəflər müəyyən edir.

"Bu çıxış sülhün yolu da müharibədən keçir tezisi olmaqla yanaşı, həm də xəbərdarlıqdır. Digər tərəfdən dövlət başçısının nitqi son günlər artan atəşkəs pozulması hallarına, o cümlədən Amerikalıların Arazdəyəndəki zavod həmləsinə adekvat cavab xarakteri daşıyır. Eyni zamanda bu çıxış sərhəddə baş verənlərə yönəlik bir anons kimi də qiymətləndirilməlidir. Prezident İlham Əliyevin nitqini Qarabağ ermənilərinin limitinin tükənməsi və Laçın dəhlizinin təxribata cavab olaraq, birmənalı şəkildə qapadılması iradəsinin aşkar göstəricisi kimi də dəyərləndirmək mümkündür. Ölkə rəhbəri bu çıxışı ilə Azərbaycan vətəndaşlarının respublikanın ərazisində hakimiyyətin suverenliyini qəbul etməsinin beynəlxalq hüquq əsasında doğru olduğunu növbəti dəfə bəyan etdi”.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ