24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Siyasi şərhçi: Ermənistan və havadarları ikili standartlardan uzaqlaşmalıdır

Tarix: 23-06-2023 / 20:24 | Baxılıb: 227
yazıyı büyüt yazıyı küçült
Siyasi şərhçi: Ermənistan və havadarları ikili standartlardan uzaqlaşmalıdır
“Prezidentin çıxışı özündə ölkəmizə qarşı qərəzli siyasət yürüdənlərə ciddi mesajları əks etdirir”.

24 İNFO xəbər verir ki, bu fikirləri siyasi şərhçi İlqar Vəlizadə bildirib.

Onun qənaətincə, indiyədək dəfələrlə istər Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti, istərsə də digər beynəlxalq qurumlar ölkəmzə qarşı qərəz nümayiş etdiriblər. Üstəlik, son vaxtlar bu qurumların qətnamələrində Azərbaycan tərəfi Laçın yolunu süni şəkildə bağlamaqda və Qarabağda yaşayan ermənilərə hansısa təzyiqlərdə ittiham olunur. Lakin ölkəmiz bütün bu təzyiqlərə tab gətirib və məqsədlərinə nail olub.

Prezident İlham Əliyevin bugünkü çıxışın təhlil edən İ. Vəlizadə qeyd edib ki, bu çıxış həm Qarabağdakı separatçılara, həm də ikili standartları rəhbər tutan avroparlamentarilərə ciddi siqnaldır:

“Madam ki, Ermənistan və digər ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır, onlar ikili standartlardan uzaqlaşmalı və Azərbaycanla normal münasibətlər qurmalıdırlar. Burada ikili standartlar yersizdir. Prezidentin çıxışı bir daha onu göstərdi ki, Azərbaycan mövqeyini dəyişmir. Ermənistan sülh müqaviləsini imzalamaq istəmirsə və süni şəkildə gərginlik yaradırsa, öz havadarlarına arxalanırsa, Azərbaycan öz məqsədlərinə çatmaq üçün qanuni beynəlxalq norma və prinsiplər çərçivəsində bütün zəruri addımları atacaq”.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ