24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

DEPUTAT: Zəngəzur dəhlizi bölgədə sülhün və əməkdaşlığın ən möhkəm zəmanətidir

Tarix: 23-06-2023 / 20:50 | Baxılıb: 215
yazıyı büyüt yazıyı küçült
DEPUTAT: Zəngəzur dəhlizi bölgədə sülhün və əməkdaşlığın ən möhkəm zəmanətidir
“Sülh müqaviləsinin imzalanması, sərhədlərin qarşılıqlı tanınması, eləcə də Zəngəzur dəhlizinin açılması proseslərini uzanması Ermənistan üçün təhlükəli oyundur”.

Bunu 24 İNFO-ya Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, deputat Musa Quliyev deyib.

Parlamentari həmçinin diqqətə çatdırıb ki, ölkəmiz 44 günlük Vətən müharibəsində qalib gəlməklə, torpaqlarını 30 illik işğaldan azad edib. Hazırkı dövrdə isə məsələnin siyasi-diplomatik yolla həlli üçün lazımi işlər görür.

O ki qaldı Zəngəzur dəhlizinin açılmasına, bu məsələ bölgədə dayanıqlı sülhün əldə olunması üçün başlıca şərt olaraq qalmaqdadır:

“Zəngəzur dəhlizinin açılması sülh müqaviləsinin başlıca şərti olaraq qalır. Yəni, Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olmayacaq. Bu, Ali Baş Komandanın bugünkü çıxışında da açıq şəkildə özünü göstərdi. Bu dəhlizin açılması bölgədə sülhün və əməkdaşlığın ən möhkəm zəmanəti olmaqla yanaşı, həm də bölgənin iqtisadiyyatına faydalıdır. Bu dəhlizin tez bir zamanda açılması bölgə xalqlarına faydalı ola bilər”.

Həmsöhbətimiz Prezident İlham Əliyevin Avropadakı siyasilərə mesajını da xatırladıb:

“Cənab Prezident Avropadakı siyasətbazlara xatırlatdı ki, Azərbaycanın səbrini sınağa çəkməsinlər, aranı qarışdırmasınlar. Qafqaz və Azərbaycan artıq o bölgə deyil ki, burada suları bulandırıb balıq tutsunlar. Burada prosesə Azərbaycan nəzarət edir. Azərbaycan bölgənin titul dövlətidir. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir proses həyata keçirilməyəcək”.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ