24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Qərb regionunun elektrik şəbəkəsi yenilənir

Tarix: 24-06-2023 / 18:53 | Baxılıb: 179
yazıyı büyüt yazıyı küçült
Qərb regionunun elektrik şəbəkəsi yenilənir


“Azərişıq” ASC Qərb regionunda yenidənqurma işlərini davam etdirir.

Qurumdan 24 İNFO-ya verilən xəbərə görə, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq regionların elektrik şəbəkələrində yenidənqurma işləri çərçivəsində "Azərişıq" ASC tərəfindən Samux rayonunun Qədili, Seyidlər və Sarıqamış kəndlərində elektrik şəbəkəsi yenidən qurulur.


Bu məqsədlə istismar müddətini başa vurmuş 10 və 0,4 kV-luq elektrik xətləri, dayaqlar və bütün güc mərkəzləri yenilənir. Üç kənddə ümumilikdə 10 KTM quraşdırlıb və abonentlərin bütün sayğacları yenisi ilə əvəzlənib.

Bununla yanaşı, Gədəbəyin ucqar Arısu və Əlinağılar kəndlərində də analoji işlər həyatakeçirilir.

Qurumdan o da bildilib ki, layihə çərçivəsində ötən əsrin 50-60-cı illərində qurulmuş köhnə şəbəkə tam yenilənir. Bundan əlavə, elektrik xətləri izoliyasiyalı naqillərlə əvəzlənir, köhnə dayaqlar, sayğaclar və həmçinin bütün güc mərkəzləri tam yenilənir.

Hədəf adıçəkilən kəndlərdə işləri mümkün qədər tez zamanda yekunlaşdırmaq və bununlada itkilərin qarşısını almaq, həmçinin abonentlərin dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təminatını həyata keçirməkdir.

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.







Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ