24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Ordu quruculuğu sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığına ekspert baxışı

Tarix: 26-06-2023 / 15:20 | Baxılıb: 412
yazıyı büyüt yazıyı küçült
Ordu quruculuğu sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığına ekspert baxışı
1918-ci il, iyunun 26-sı. Həmin gün Azərbaycan Cümhuriyyətinin tarixinə ordunun yaranması günü kimi düşüb. 1991-ci ildən başlayaraq bu tarix oktyabrın 9-da qeyd olunmağa başlansa da, ümummilli lider Heydər Əliyevin 1998-ci il, 22 may tarixli fərmanı ilə 26 iyun tarixi bərpa edildi.

Bir az da ordunun təməlinə, yəni 1918-ci ilə qayıdaq. Həmin ilin dekabrın 25-də Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər.

Bundan sonra ordumuzun quruculuq işi başlandı. Bakı və ətraf ərazilər erməni-bolşevik işğalından qurtuldu.

Ölkədə sovet hakimiyyəti qurulduqdan sonra ordumuzda rəhbər vəzifələri rus, ya erməni əsilli şəxlər tutmağa başladı. Üstəgəl, SSRİ miqyasında fəaliyyət göstərən hərbi məktəblərə azərbaycanlı müdavimləri qəbul etmirdilər.

Ümummilli lider bunun mahiyyətini yaxşı başa düşürdü. Buna görə də 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Bu addım hərb tariximizdə milli kadrların hazırlanması üçün ən qabaqcıl və mütərəqqi addım idi.

Ordu quruculuğu sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığına ekspert baxışı


Heydər Əliyev Prezident seçildikdən sonra, 1993-cü ildən Silahlı Qüvvələr dövlətin tam nəzarətinə keçdi, qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, Azərbaycan ordusu cəbhədə təşəbbüsü ələ almağa nail oldu. Bütün bunlar 1994-cü ildə Ermənistanla atəşkəs haqqında sənədin imzalanması ilə nəticələndi.

Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.

Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Ümummilli liderin ordu quruculuğu siyasətini bu gün Prezident, Müzəffər Ali Baş komandan İlham Əliyev uğurla davam etdirir.

Ordu quruculuğu sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığına ekspert baxışı


Təsadüfi deyil ki, zamanında qoyulan düzgün təməl, sonrakı dövrlərdə isə dövlət başçısı İlham Əliyevin düzgün düşünülmüş siyasi gedişləri 2020-ci sentyabrın 27-dən başlayan Vətən müharibəsində qələbə ilə nəticələndi.

Digər tərəfdən ölkəmizin güclü orduya malik olması Türk dünyası üçün də əhəmiyyət kəsb edir.

Ayrı-ayrı imperialist quruluşların tarixən Türk dövlətlərinin birliyindən ehtiyatlanıb, bu birliyi parçalamaq üçün əllərindən gələni etməsi də adi bir addım sayıla bilməz.

Türkiyə Silahlı Qüvvələrinin zabiti, istefada olan polkovnik Coşkun Başbuğ deyir ki, indiki məqamda Türk İttifaqının qurulması son dərəcə mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də Türk dünyasının xarici təzyiqlərə məruz qaldığı zamanda:

Ordu quruculuğu sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığına ekspert baxışı


"Bu günə qədər Türk dünyası müəyyən təzyiqlərlə üzləşib. Amma indi elə bir vəziyyət yetişib ki, Türk dünyası qarşısıalınmaz bir güc qazanmağa nail olub. Bu mənada Azərbaycan və Türkiyənin birgə strateji addımlar atması, Turan İttifaqını qurması, bu ittifaqı sürətlə Turan ordusuna qədər aparmaq əzmi təsadüfi sayıla bilməz. Bu baxımdan Azərbaycanın güclü olması böyük əhəmiyyət kəsb edir. u səbəbdən mənim böyük şərəf duyduğum Azərbaycan ordusunun qurulmasınının 105-ci ildönümüdür. Bu şanlı ordunun qurulmasının ildönümünü təbrik edirəm. Arzulayıram ki, ordu hər gün daha güclənərək, Turan ordusu içərisində yerini daha da möhkəmləndirsin”.

Türkiyə ordusunun digər yüksək rütbəli zabiti, ehtiyatda olan general Yücel Karauz isə deyir ki, Azərbaycanda ordu quruculuğu tarixi 26 iyun 1918-ci ildən başlasa da hərb tariximiz daha dərin köklərə, xanlıqlar dövrünə gedib çıxır.

O hesab edir ki, cümhuriyyət dövründə ordunun yaradılmasına mayın 15-dən, yəni hələ Azərbaycan Cümhuriyyəti rəsmən elan olunduqdan 13 gün əvvəl başlanılıb.

Söhbət Qafqaz İslam Ordusunun Azərbaycan ərazisinə daxil olaraq, Sovet rejiminin qurulmasına qarşı mübarizədə cümhuriyyət qurucularının yanında olmasından gedir. Sonradan SSRİ dövründə o vaxtkı hakimiyyət hər vəchlə çalışırdı ki, ölkəmizdə milli hərbi kadrların yetişdirilməsininə maneələr törətsin. O vaxtkı Azərbaycan hakimiyyətinin səriştəsizliyi səbəbilə buna əhəmiyyətli dərəcədə nail də olmuşdu.

Sonradan Türkiyə hökuməti və Silahlı Qüvvələri ilə əməkdaşlıq çərçivəsində ordunun həm texniki baza, həm də kadrlar cəhətdən modernləşdirilməsi istiqamətində mühüm işlər görüldü. Azərbaycan ordusunun NATO sisteminə uyğunlaşdırılmasını hədəfləyən tədbirlər isə davam edir:

Ordu quruculuğu sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığına ekspert baxışı


"Azərbaycan Türkiyə ordusu ilə birlikdə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində hazırlanan əsas inkişaf doktrinasının tələblərinə uyğun olaraq ordunu inkişaf etdirib. Bunun da nəticəsində dünya miqyasında müharibələr zamanı çox qısa müddət hesab olunan 44 gün ərzində Vətən müharibəsində misilsiz qələbə əldə edib. Son atılan mütərəqqi addımı da qeyd etmək lazımdır. Burada söhbət komando hərbi hissələrinin yaradılmasından və hərbi təhsil sahəsindəki yeniliklərdən gedir. Onu da qeyd edim ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi eynilə Çanaqqala zəfərimizdə olduğu kimi bizi çox qürurlandırıb. Bu gün Azərbaycan xarici qüvvələrin təzyiqlərinə tab gətirə biləcək bir gücdədir və Azərbaycanın çox dəqiq hədəfləri, o hədəflərə çatmağa böyük gücü var.

Bu məqamda mən həm I Qarabağ müharibəsində, həm də Vətən müharibəsində şəhid olan qəhrəman hərbçilərimizi xatırlamaq istəyirəm və onlara Allahdan rəhmət diləyirəm".

Ekspert vurğulayıb ki, Azərbaycan və Türkiyə mövcud güclü birlik və həmrəyliyin sarsılmaması və daha da möhkəmlənməsi üçün istər hökumətlər, istərsə də xalqlar çərçivəsində əlindən gələn bütün tədbirləri həyata keçirəcək.

Fərid Azəri






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ