24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Əlahiddə Ümumqoşun Ordu Silahlı Qüvvələr Gününü qeyd etdi

Tarix: 26-06-2023 / 19:57 | Baxılıb: 209
yazıyı büyüt yazıyı küçült
Əlahiddə Ümumqoşun Ordu Silahlı Qüvvələr Gününü qeyd etdi
26 iyun - Silahlı Qüvvələr günü Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində qeyd edilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən 24 İNFO-ya verilən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və nazir müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin təbrikləri şəxsi heyətə çatdırılıb.

Daha sonra hərbi qulluqçulara müxtəlif adda medallar, vaxtından əvvəl və növbəti hərbi rütbələr, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Tədbirlərdə xüsusi təyinatlı bölmələrin şəxsi heyəti döyüş bacarıqlarını və fiziki dözümlülüklərini nümayiş etdiriblər.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar birləşmə, hissə və bölmələrdə bayram süfrələri təşkil olunub və muxtar respublikanın mədəniyyət kollektivləri hərbi qulluqçuların qarşısında konsert proqramları ilə çıxış edib.

Əlahiddə Ümumqoşun Ordu Silahlı Qüvvələr Gününü qeyd etdi


Əlahiddə Ümumqoşun Ordu Silahlı Qüvvələr Gününü qeyd etdi


Əlahiddə Ümumqoşun Ordu Silahlı Qüvvələr Gününü qeyd etdi


Əlahiddə Ümumqoşun Ordu Silahlı Qüvvələr Gününü qeyd etdi






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ