24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Silahlı Qüvvələr Günündə hərbi qulluqçuların yürüşləri təşkil olundu

Tarix: 26-06-2023 / 22:04 | Baxılıb: 166
yazıyı büyüt yazıyı küçült
Silahlı Qüvvələr Günündə hərbi qulluqçuların yürüşləri təşkil olundu


26 İyun - Silahlı Qüvvələr Günündə paytaxtın müxtəlif küçə və prospektlərində, eləcə də Bərdə və Şuşa şəhərlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.

Bu barədə Müdafiə Nazirliyindən 24 İNFO-ya bildirilib.

Məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Yürüşlərdə hərbi orkestrlərin ifasında hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar səsləndirilib.

Keçirilən hərbi yürüşlər vətəndaşlarımızın böyük marağına səbəb olub







Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ