24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Ermənilər mövqelərimizi atəşə tutdu

Tarix: 27-06-2023 / 21:17 | Baxılıb: 217
yazıyı büyüt yazıyı küçült
Ermənilər mövqelərimizi atəşə tutdu


İyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə 24 İNFO-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.

Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ