24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Ermənistan ordusu mövqelərimizi atəşə tutdu

Tarix: 29-06-2023 / 09:02 | Baxılıb: 176
yazıyı büyüt yazıyı küçült
Ermənistan ordusu mövqelərimizi atəşə tutdu


İyunun 28-də Ermənistan silahlı qüvvələrinin bölmələri ordumuzun mövqelərini atəşə tutub.

Bu barədə 24 İNFO-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, saat 22:35-dən 23:15-dək İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Vedi rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və İstisu, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Bundan başqa, iyunun 28-i saat 23:55-dən iyunun 29-u saat 00:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.

Məlumatda həmçinin bölmələrimiz tərəfindən cavab tədbirləri görüldüyü qeyd edilib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ