24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Kərim Vəliyev Quru Qoşunlarına göstərişlər verdi

Tarix: 29-06-2023 / 14:55 | Baxılıb: 179
yazıyı büyüt yazıyı küçült
Kərim Vəliyev Quru Qoşunlarına göstərişlər verdi


Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzində idarə heyəti ilə xidməti müşavirə keçirib.

Bu barədə 24 İNFO-ya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Qərargah rəisi Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə çatdırıb, onların dəqiq və vaxtında yerinə yetirilməsi məqsədilə bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, silah və texnikanın effektiv tətbiqi ilə bağlı müvafiq göstərişlər verib.

Qeyd edək ki, 26 İyun - Silahlı Qüvvələr Günü və Qurban bayramı münasibətilə müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Quru Qoşunları komandanlığında və Qarabağ iqtisadi rayonunda yerləşən hərbi hissələrdə olublar.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ