24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Tanınmış bəstəkar: “Mənim 30 balaca qəhrəmanım var” - MÜSAHİBƏ

Tarix: 04-07-2023 / 03:10 | Baxılıb: 454
yazıyı büyüt yazıyı küçült
Tanınmış bəstəkar: “Mənim 30 balaca qəhrəmanım var” - MÜSAHİBƏ


Məryəm Əlibəyli...Uzun illərdir onun bəstələdiyi mahnıları ölkənin tanınmış müğənniləri ifa edib, bu mahnılar dillər əzbərinə çevrilib. Tək bu da yox, o vaxtlar hələ internetin olmadığı vaxtlarda istər televiziya, istərsə də radio kanallarının hit-paradlarında ön sıralarda olub.

...“NM” qrupu, “Kimə inanasan?”...

...Orta yaşlı nəsil xatırladı, yeniyetmə və gənclər isə çox təəssüf ki, indi tanıyacaq.

24 İNFO.AZ tanınmış bəstəkar Məryəm Əlibəyli ilə söhbət edib. Şəxsi, bir də reytinq üçün toxunulan mövzulardan başqa hər şeydən danışmışıq. Düşünürük ki, müsahibəni onlarsız daha səmimi və maraqlı etmək olar.


Üstəlik, Silahlı Qüvvələr günü ərəfəsinə təsadüf etdiyimiz üçün söhbətimizə vətənpərvər ruhlu mahnılarla başladıq. Məryəm xanım bu janrda çoxsaylı sevilən mahnıların müəllifidir:

- Mən yaradıcılığımda vətənpərvər mövzuda bir neçə mahnı yazmışam. Onlardan “Hoydu, dəlilərim, hoydu!” mahnısını Birinci Qarabağ müharibəsi dövründə bəstələmişdim. Hoydu, dəlilərim, hoydu!” mahnısı Birinci Qarabağ müharibəsi zamanı əsgərlərimizə son dərəcə motivasiya verən mahnı idi. Sözlərinin müəllifi Vidadi Babanlıdır. Daha sonra “Ağlama, Bakı” adlı mahnım var. O mahnının sözləri Ofeliya Babayevanındır, ifaçısı isə Azərindir.

- Bəs “Gülümsə üzümə, Azərbaycanım”?! O mahnı necə yaranmışdı?

- Bilirdim ki, torpaqlarımız işğal olunub və bu qədər qan tökülüb deyə Vətən bizdən küsüb. Mən də belə bir mahnl yazdım. Onu Xalq artisti Flora Kərimova, bir də Xəyalə Manaflı ifa etmişdi. Bir də əzmkar qələbəmizlə başa çatan, zəfər əldə etdiyimiz Vətən müharibəsindən 7-8 il əvvəl, İslam Oyunları ərəfəsində sevimli müğənnimiz Azərin məndən Türk yazarı, Azərbaycan sevdalısı Osman Başın “Xarıbülbül” şeirinə mahnı bəstələməyi xahiş etdi. Qeyd etmək yerinə düşər ki, o mahnının çox ürəyəyatımlı bir musiqisi var. İstər-istəməz ardıcıl olaraq arabir hərbi mövzuda, bir də film və tamaşalar üçün mahnılar yazırdım, amma yaradıcılığımın böyük bir hissəsi uşaqlarla bağlıdır.

- Çox gözəl bir məqama toxundunuz, Məryəm xanım. Mən istəyirəm ki, oxucularımıza yaradıcılığınızın uşaqlarla bağlı hissəsindən daha ətraflı danışaq. Çünki hamımız uşaq yaradıcılığının çox mürəkkəb bir növ olduğunu bilirik. Balalar üçün mahnılar yazmaq ideyası haradan meydana gəlmişdi?

- Uşaq yaradıcılığına marağım bir-dən birə olmadı. Hər şey Xəyalə Manaflıdan başladı. Onu da deyim ki, Xəyalə Manaflı həm də bacımın qızıdır. Onu səhnəyə gətirdim, onun üçün silsilə mahnılar yazdım. Heç vaxt imkan vermədim ki, uşaq yaşında adətən yaşca böyük ifaçıların müraciət etdiyi mövzulara toxunsun. Daha sonra “N&M” qrupu yarandı və Natiq Qəzənfəroğlu ilə birlikdə onlar üçün silsilə mahnılar yazmağa başladıq. Məsələn, o vaxtkı gənclər yaxşı xatırlayar. Həmin mahnılardan “Kimə inanasan?” bir vaxtlar çox məşhur idi:

Sən demə bu sevgi acı kədərmiş,
Sözlərin, vədlərin bomboş, hədərmiş,
Sən demə yolumuz bura qədərmiş,
Kimə inanasan sən bundan sonra?


- Yəqin ki, o vaxtın gənclərinin yadına düşdü. Növbəti mərhələdə isə mən uşaqlarla işləməyə başladım və “Canbala” qrupu yarandı. Hazırda mənim üç qrupum var. Biri Sumqayıtda yaradıcılıqla məşğul olan “Gülən notlar” qrupudur. Yasamal rayonundakı Şərifzadə adına Yaradıcılıq Mərkəzində də “Günəş” və “Dostlar” adlı iki qrup fəaliyyət göstərir.

- Məryəm xanım, biz bilirik ki, 2020-ci ildə hələ Vətən müharibəsindən əvvəl “Vətənin əsgəri – mənim əsgərim” adlı bir mahnı bəstələmisiniz. Məncə, həmin mahnının yaranmasından bəhs etməyiniz oxucularımıza da maraqlı olacaq.

- 2020-ci ildə müharibə hələ başlamamışdı, amma ürəyimdən keçirdi ki, sırf əsgər həyatəndan bəhs edən daha ciddi bir tərzdə mahnı bəstələyim. Əsgər bilsin ki, onun üçün də belə bir mahnı var. Mən Saatlıda yaşayan gənc şair Mərhəmət Mehdiyevə məraciət etdim. Biz bir ay boyunca bu mahnının sözlərinin üzərində işlədik. Mən mahnıda hansı sətirləri görmək istəyirdimsə, ona fikirlərimi dedim və o da həyata keçirdi. Nəticədə “Vətənin əsgəri – mənim əsgərim” adlı mahnı yarandı. Daha sonra oxucuların da tanıdığı və sevdiyi bir neçə müğənniyə müraciət etdim. Aralarında yetərincə məşhur olan elə müğənnilər vardı ki, sırf bu janrın onlara maraqlı olmadığını deyib, mahnını oxumaqdan imtina etdilər.

Tanınmış bəstəkar: “Mənim 30 balaca qəhrəmanım var” - MÜSAHİBƏ



Tovuz döyüşləri getdiyi müddətdə yenə məşhur müğənnilərə müraciət etdim. Onların arasında adlı-sanlı əməkdar incəsənət xadimləri və xalq artistləri vardı. Hələ mahnı barədə məlumat vermədən deyirdim ki, gəlin əsgərlərimiz üçün bir yaradıcılıq işi görək. Lakin yenə də müsbət cavab eşitmədim. Sonra müharibə başladı və mən gördüm ki, həmin müğənnilər hamısı tələsik vətənpərvər ruhda mahnılar axtarır, tez bir zamanda klip hazır olur və s. Susdum və düşündüm ki, bu fikrimi tez və ya gec həyata keçirəcəyəm. O ərəfədə, müharibə dövründə bayatılar üzərində pilotsuz uçuş aparatlarına aid bir şeir yazdım. Eyni zamanda həm də sosial şəbəkələrdən şəhidlərimizin şəkillərini toplayırdım. Çox mürəkkəb dövr idi: həm pandemiya vaxtə idi, həm də hamımızda çaşqınlıq və durğunluq hökm sürürdü. Mən də hələ ondan bir müddət əvvəl instrumental janrda iki musiqi yazmışdım “Uzaqda işığım” və “Təəssüf”...Daha sonra şəhidlərin fotoşəkillərini bu musiqlərin fonunda yerləşdirməyə başladım. Ən təsirli şəkilləri götürürdüm ki, onlar musiqi ilə birləşənədə insanlarımız görüb bilsinlər ki, biz kimləri itirmişik.

- Nəticədə “Vətənin əsgəri – mənim əsgərim” yarandı.

- Bəli. Bu məqsədlə bədii rəhbəri olduğum üç uşaq musiqi qrupunu birləşdirdim. Bununla yanaşı, həmin bu vətənpərvər layihəyə daha əvvəl tələbəm olmuş yeniyetmələri də cəlb etdim. Yekunda 30 nəfər tələbəmlə birlikdə - Yeri gəlmişkən, mən həmişə deyirəm ki, mənim 30 balaca qəhrəmanım var. Bax, onlarla birlikdə işə başladıq. ilk olaraq şeirin mənasını tələbələrimə izah etməyə başladım ki, onlar mahnının məsuliyyətini hiss etsinlər. İndi hər kəs Vətəndən, torpaqdan, Azərbaycandan oxuyur. Mənim özümün də istər uşaqlar, istərsə də digər müğənnilər üçün “Məmləkətim” və “Ey Vətən!” adlı mahnılarım var.

- Mahnının hazırlıq prosesindən bəhs edirdiniz. Bu barədə məlumat almaq mənim özüm üçün də, bilirəm ki, oxucularımıza da çox maraqlı olacaq.

Tanınmış bəstəkar: “Mənim 30 balaca qəhrəmanım var” - MÜSAHİBƏ


- Ümumiyyətlə bir mahnının hazırlanması çox mürəkkəb prosesdir. Baxırsan ki, 3-4 dəqiqəlik mahnıdır, amma istər hazırlanması, istər aranjiman, istərsə də lentə yazılma prosesi kifayət qədər vaxt aparır. Bu mahnının səsyazma prosesində 25 nəfərə yaxın uşaq iştirak etmişdi. Daha sonra mən onlara addımlamağı öyrətməyə başladım. Hətta zarafatla onlara deyirdim ki, siz hərbi xidmətə gedəndə artıq addımlamağı biləcəksiniz. Mənim kiçik oğlum Fateh də hazırda hərbi xidmətdədir. Ağstafada Vətənin keşiyində dayanıb. 6 aydan sonra tərxis olunacaq. Ona dedim ki, gəl bu mahnını sənə də öyrədim. Oğlum 3 ay sonra mənə dedi ki, bu mahnını hər səhər bölüyümüzlə addımlayarkən həvəslə ifa edirik. Dedi, mahnı hətta komandirlərin də xoşuna gəlir. Azərbaycan əsgəri deyəndə beynimdə Fatehi və onun əsgər yoldaşlarını düşünərək deyirdim ki, bu layihə həyata keçsə, mən də onun timsalında Azərbaycan əsgəri üçün nəsə etmiş olacağam. Uşaqlar mahnını öyrəndi, mimikalar üzərində çalışdıq. Eyni zamanda ilk dəfə olaraq Sumqayıt Şəhər Yaradıcılıq Mərkəzinin müdiriyyəti məndən Ümummilli lider, ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı mahnı töhfəsi etməyimi istədi. Mən sadəcə 1999-cü ildən 2000-ci ilə keçəndə “Yeni dövrü gəlir Azərbaycanın” adlı bir mahnı yazmışdım. Sonra “Heydər babam” mahnısı yazıldı və çox da uğurlu alındı. Qeyd edim ki, həmin mahnını “Gülən notlar” qrupu oxumuşdu.

- Məryəm xanım, bu mahnının klipi də var. Özüm də izləmişəm. Klipin çəkiliş prosesi barədə istərdik oxuculara məlumat verəsiniz.

Tanınmış bəstəkar: “Mənim 30 balaca qəhrəmanım var” - MÜSAHİBƏ


- Biz bu işi görəndə hər kəs bizə kömək etməyə çalışırdı. İstər çəkiliş heyəti, istər geyimləri təqdim edən insanlar, bir sözlə hər kəs bizə dəstək olmaq istəyirdi. Təkcə yorğunluq vardı. Mən özüm şəxsən bir gecəyə 30 nəfər uşağın geyinəcəyi əsgər geyimini ütüləməli olmuşdum. Hamı dedi, nəyə görə özün edirsən? Çünki istəyirdim hər şey istədiyim kimi olsun. İnanın, bunun bir ayrı ləzzəti vardı. Mahnı yazıldı. Klipini bir günə çəkməli idik. Bu arada Müdafiə Nazirliyi Hərb Tarixi Muzeyinin rəisi Əzizağa Qənizadəyə təşəkkür edirəm. Hərdən Bazar günləri də çəkiliş edirdik. İş günü olmamasına baxmayaraq, işçilər yanımızda idi. Orada 4 yaşından 14 yaşınadək uşaqlar vardı. Havanın isti olmasına baxmayaraq, heç kim gördüyümüz işdən narazılıq etmirdi. Onların hər birinin əllərindən, alınlarından öpürəm. Onlar mənim balaca qəhrəmanlarımdır. Klipin fotolarını isə oğlum Tural Hüseyn çəkib. Qeyd edim ki, o həm də “Rənglənmiş tarix” səhifəsinin yaradıcısıdır.

Tanınmış bəstəkar: “Mənim 30 balaca qəhrəmanım var” - MÜSAHİBƏ


Hər ikimiz daim iş başında oluruq deyə evdə bir-birimizi yetərincə görə bilmirik. İki gün boyunca bir-birimizin yanında olduq və bu müddətdə 600-ə yaxın fotoşəkil çəkildi. Klipin özü isə Silahlı Qüvvələr günündən bir gün əvvəl – 25 iyunda hazır oldu. Klipi ilk olaraq oğlum Fatehin komandirinə göndərdim. Addımlama səhnəsi başlayanda, gözlərim doldu. Bu klipi valideynlərə göndərəndə, onlar da eyni reaksiyanı verdilər. Bundan əlavə, sizə və oxucularımıza bildirmək istəyirəm ki, müəllifi olduğum bir sıra mahnılar var ki, onlardan hazırda bəzi müğənnilər istifadə edib, oxuyurlar. Yaxın gələcəkdə onların minus variantını diskə yazdırıb istər uşaq bağçaları, istərsə də yaradıcılıq mərkəzlərinin istifadəsinə vermək fikrindəyəm. Qarşıda yeni layihələrim var ki, ömür vəfa etsə onları həyata keçirmək istəyirəm.Onu da deyim ki, ən geniş məlumat verdiyim 24 İNFO.AZ saytıdır.

Tanınmış bəstəkar: “Mənim 30 balaca qəhrəmanım var” - MÜSAHİBƏ


Tanınmış bəstəkar: “Mənim 30 balaca qəhrəmanım var” - MÜSAHİBƏ


Tanınmış bəstəkar: “Mənim 30 balaca qəhrəmanım var” - MÜSAHİBƏ


Tanınmış bəstəkar: “Mənim 30 balaca qəhrəmanım var” - MÜSAHİBƏ


Söhbətləşdi: Fərid Azəri (24 İNFO.AZ-ın baş redaktoru)






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ