24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Metro stansiyalarındakı koronavirus elanları niyə yığışdırılmır?

Tarix: 08-07-2023 / 18:54 | Baxılıb: 391
yazıyı büyüt yazıyı küçült
Metro stansiyalarındakı koronavirus elanları niyə yığışdırılmır?


"Paytaxtın metro stansiyalarında COVID-19 və ya peyvəndlənmə ilə bağlı xəbərdarlıq lövhələri sadəcə məlumatlandırıcı xarakter daşıyır".

Bunu 24 İNFO-nun sorğusuna cavab olaraq, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Metro stansiyalarındakı koronavirus elanları niyə yığışdırılmır?


O, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejiminin müddətinin oktyabrın 2-dək uzadıldığını xatırladıb.

Metro stansiyalarındakı koronavirus elanları niyə yığışdırılmır?


Bildirib ki, məqsədəmüvafiq hesab olunduğu təqdirdə istər stansiyalarda, istərsə də vaqonların daxilində COVID-19-a aid məlumat xarakterli lövhələr mərhələli qaydada götürüləcək:

"Hazırda bununla bağlı məsləhətləşmələr aparılır. Bu günə olan məlumata görə istər xüsusi karantin rejimi, istərsə də ölkədə bu sahədə epidemioloji vəziyyətlə bağlı hər hansı yenilik və ya xüsusi göstəriş yoxdur. İndiki dövrdə həmin bu elanların sayının mərhələli şəkildə azaldılması davam edir".

Metro stansiyalarındakı koronavirus elanları niyə yığışdırılmır?


Metropoliten rəsmisi sərnişinlərin təşvişi üçün əsas olmadığını da sözlərinə əlavə edib:

"Təşviş üçün əsas olsaydı, bu proses xüsusi kampaniya şəklində həyata keçiriləcəkdi. Hazırda buna ehtiyac yoxdur. Buna qədər biz sərnişinlərdə COVID-19 ilə mübarizə istiqamətində ümumi məlumatların formalaşması, vəziyyət sakitləşəndə isə həmin bu elanların mərhələli şəkildə azaldılması strategiyasını seçmişdik və işimizi də buna uyğun həyata keçiririk. Hələlik bu elanların ləğvi ilə bağlı hər hansı göstəriş yoxdur".

İstənilən halda, sağlamlığınıza son dərəcə diqqət yetirmənizi tövsiyə edirik.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ