24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində təlim-metodiki toplanış keçirildi

Tarix: 11-07-2023 / 14:30 | Baxılıb: 120
yazıyı büyüt yazıyı küçült
Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində təlim-metodiki toplanış keçirildi


2023-cü il üçün hazırlıq planına uyğun olaraq, N hərbi hissəsində tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplanış keçirilib.

Bu barədə 24 İNFO-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, toplanışda zabitlərin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri təkmilləşdirilib, həmçinin fiziki hazırlığı qiymətləndirilib. Cari ilin növbəti tədris dövrü ərzində icra olunacaq tədbirlərlə bağlı müzakirələr aparılıb, o cümlədən toplanış iştirakçılarına metodiki tövsiyələr çatdırılıb.

Nazirlikdən onu da bildiriblər ki, təlim-metodiki toplanışın keçirilməsində əsas məqsəd zabitlərin idarəetmə üzrə bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi və peşəkarlıq səviyyələrinin artırılmasıdır.







Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ