24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Tovuz döyüşlərinin 3 ili - KEÇDİYİMİZ ZƏFƏR YOLU!

Tarix: 13-07-2023 / 16:58 | Baxılıb: 506
yazıyı büyüt yazıyı küçült
Tovuz döyüşlərinin 3 ili - KEÇDİYİMİZ ZƏFƏR YOLU!


12 iyul...2020-ci il...Azərbaycanın tarixinə Tovuz döyüşləri kimi düşmüş erməni təxribatının baş verdiyi gündür. Məhz həmin gün Ermənistan ordusu sərhədin Tovuz rayonu istiqamətində təxribat törətdi. Erməni xülyası bu təxribatın baş tutacağını düşünürdü, ya da kimsə onları buna inandırmışdı.

Nəticə isə onlar üçün həm fiasko oldu, həm də 44 günlük Vətən müharibəsində rüsvayçı məğlubiyyətlərin başlanğıcı. Tovuz döyüşlərində Azərbaycan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və ordumuzun hərbi gücü sayəsində parlaq siyasi və hərbi qələbələrin əsasını qoydu. Çünki bu döyüşlərdə Ermənistanın 100-dən çox hərbçisi məhv, onlarla hərbi obyekti isə darmadağın edildi...

Təəssüf ki, müharibə itkisiz ötüşmür. Tovuz döyüşlərində Azərbaycan ordusunun general-mayoru, hələ sağlığında səngər generalı adını qazanmış Polad İsrayıl oğlu Həşimov, eləcə də polkovniki İlqar Mirzəyev də daxil olmaqla, 12 hərbçimiz də qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə ucaldı.

Tovuz döyüşlərinin 3 ili - KEÇDİYİMİZ ZƏFƏR YOLU!


Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə onların hər ikisinə ölümündən sonra “Azərbaycanın milli qəhrəmanı” adı verildi.

Tovuz döyüşləri zamanı Ermənistan ordusu silahsız əhalini və mülki obyektləri də hədəfə almışdı. Belə ki, ermənilərin atdığı mərmilərdən biri Tovuzun Ağdam kəndində evlərdən birinə düşdü. Nəticədə 76 yaşlı ev sahibi Əziz Əzizov da şəhid oldu.

Tovuz döyüşlərinin 3 ili - KEÇDİYİMİZ ZƏFƏR YOLU!


Mənfur düşmən həmçinin Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonlarını da atəşə tuturdu. Şanlı, müzəffər ordumuzun gücü qarşısında sarsılan, ciddi itkilər verən düşmən bilmirdi ki, Tovuz döyüşləri onları gələcəkdə daha ciddi məğlubiyyət gözlədiyinin xəbərçisidir. Bəlkə də bilirdi, axı it də insana ondan qorxduğu üçün hücum edir.

Bəs Ermənistan tərəfi niyə Tovuzu hədəfə almışdı? Onların əsas məqsədi ilk növbədə beynəlxalq logistika xətlərinin keçdiyi ərazidə mövqe üstünlüyünə yiyələnmək idi. Lakin hər kəsi özü kimi zənn edən düşmən əsas cəhəti unutmuşdu.

Unutmuşdu ki, nə Azərbaycan dövləti, nə də ordusu işğal dövrünün qalığı deyil. Düşünməmişdi ki, artıq onun qarşısında güclü, müasir silahlarla təchiz olunmuş, məğrur və vətənpərvər ordu, bir də bu ordunun baş sərkərdəsi, Prezident, Ali Baş Komandan İlham Əliyev dayanıb. İyul hadisələri bir daha göstərdi ki, düşmən getdikcə daha da həyasızlaşır və konstruktiv mövqe tutmaq istəmir. Əksinə, işğal etdiyi əraziləri genişləndirmək niyyətini açıq aydın biruzə verir. İyulda baş verən erməni təxribatı və ordumuzun buna genişmiqyaslı sərt cavabı bir daha nəyə qadir olduğumuzu və bütün istiqamətlərdə baş verə biləcək təxribatlara adekvat cavab vermək gücümüzü göstərdi.

44 günlük müharibəyə aparan yolun start nöqtəsi sayılan və tarixə məhz bu adla düşən Tovuz döyüşləri oldu.

Tovuz döyüşlərinin 3 ili - KEÇDİYİMİZ ZƏFƏR YOLU!


Beləliklə, məhz Pezident, Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi, komandanlığı ilə dünyanın 50 ən güclü ordusu arasında yer alan Azərbaycan Silahlı Qüvvələri işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edib, ərazi bütövlüyümü bərpa etməyə nail oldu. Çünki məhz İyul döyüşləri zamanı Prezident, Ali Baş Komandan İlham Əliyev çox ciddi siyasi qərar qəbul edərək, ölkənin siyasi arenada hücum diplomatiyasına keçdiyini elan etdi.

Tovuz döyüşlərinin 3 ili - KEÇDİYİMİZ ZƏFƏR YOLU!


O, müdrik siyasətçi kimi ilk döyüşləri məhz siyasət meydanında, hücum diplomatiyasının baş sərkərdəsi kimi apardı.

Tovuz döyüşlərinin 3 ili - KEÇDİYİMİZ ZƏFƏR YOLU!


Azərbaycan Ordusunun istefada olan polkovniki Şair Ramaldanov deyir ki, iyul döyüşlərində bir çox dövlətlər ölkəmizin hərbi-siyasi qərarlarına təsir göstərmək istədilər. Lakin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev onların cavabını siyasi, ordumuz isə döyüş meydanında məharətlə verməyə nail oldu. Sübut etdik ki, sözümüz qədər gücümüz də kəsərlidir:

“Bunun nəticəsi olaraq, qardaş Türkiyə və Pakistan Azərbaycana hər cür dəstək veriləcəyini bəyan etdilər. Eyni zamanda Qoşulmama hərəkatı və digər nüfuzlu dövlətlər də ölkəmizin yanında olduqlarını bəyan etdilər. Düzdür, o vaxt bir sıra böyük dövlətlər ölkəmizi bu yoldan çəkindirməyə və bu problemin yalnız sülh yolu ilə həll edilməli olduğu barədə bəyanatlar verməyə başladılar. Ancaq Cənab Prezident xalqın iradəsini ortaya qoyaraq bəyan etdi ki, Azərbaycanı ərazi bütövlüyünün bərpası niyyətindən heç bir dövlət çəkindirə bilməz. Həm Azərbaycanın daxilində gedən birləşmə prosesi, həm də diplomatiya cəbhəsindəki uğurlarımız və ordunun döyüşə yüksək səviyyəli hazırlığı - Bax, bu üç amil Azərbaycan ordusunun adını tarixə qalib kimi yazdı. Hadrutun işğaldan azad edilməsi Şuşaya açılan qapı hesab olunduğu kimi, Tovuz hadisələri də Vətən müharibəsində qələbəyə aparan yoldur. Ona görə ki, iyul hadisələrindən sonra həm xalq, həm də Silahlı Qüvvələr müdrik sərkərdə olan Müzəffər Ali Baş Komandan, müdrik siyasətçi, Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Bu gün də ordumuz qarşıya qoyulan tapşırıqları məharətlə yerinə yetirərək, Ali Baş Komandana sadiq bir ordu kimi inkişafını davam etdirir”.

Tovuz hadisələrindən sonra, 2020-ci ilin 27 sentyabr tarixində düşmənin növbəti təxribatı baş verdi. Əslində bu, onların məğlubiyyətdən nəticə çıxarmadığını, məhz bununla belə demək mümkünsə, qidalandığını göstərdi. Həmin gün beynəlxalq hüquq normalarını pozan Ermənistan ordusu bir neçə istiqamətdən mövqelərimizə hücum etdi. Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi doktrinamıza uyğun olaraq Təhlükəsizlik Şurasının iclasında təcavüzkara adekvat cavab tədbirləri barədə konkret tapşırıqlar verdi.

Siyasi ekspert İlqar Vəlizadə Tovuz döyüşlərindən Vətən müharibəsinə qədərki dövrü 24 İNFO-ya belə şərh edir:

“Sonrakı dövr göstərdi ki, Ermənistan bu hadisələrdən, daha doğrusu, məğlubiyyətdən nəticə çıxarmayıb. Halbuki iyul döyüşlərindən sonra rəsmi Yerevan Azərbaycanla daha konstruktiv dialoqa üstünlük verə bilərdi. Çünki Azərbaycanın tələbləri bəlli idi və bu tələblər danışıqlar masasında da vardı. Söhbət əvvəlcə 5 rayonumuzun işğaldan azad olunmasından gedirdi. Bu, müharibədən əvvəl aktual olan bir gündəm idi. Ermənistan iyul döyüşlərindən sonra bu gündəmlə razılaşsaydı, müharibə də olmayacaqdı. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi öz mövqelərini möhkəmləndirməyə cəhd etdi. Burada söhbət həm Zəngilana yolun çəkilişi, həm də cəbhə xətti ilə yanaşı, Azərbaycanın sərhədlərinə yönələn təhdidlərdən gedir. İyul döyüşlərində Ermənilər ordumuzun mövqelərini ələ keçirməyə çalışırdı, amma qəhrəman döyüşçülərimizin sayəsində, onların həyatı bahasına biz bu cəhdlərin qarşısını ala bildik. Ermənistan və havadarları bu hadisələrdən lazımi nəticə çıxara bilmədilər, nəticə etibarilə də 44 günlük müharibə baş verdi. Biz həm qisasımızı aldıq, həm də regionun siyasi gündəliyini kökündən dəyişdik. Həm status məsələsi arxivə göndərildi, həm də Azərbaycanın xeyrinə yeni siyasi vəziyyət yarandı”.

Tovuz döyüşlərinin 3 ili - KEÇDİYİMİZ ZƏFƏR YOLU!


Döyüş meydanında ağır məğlubiyyəyə uğrayan düşmən acığını xüsusən də cəbhə xəttindən kənardakı mülki infrastruktur obyektlərindən çıxmağı hədəflədi. Təsadüfi deyil ki, Gəncə, Mingəçevir. Yevlax, Bərdə, Tərtər və Beylqan, Ağcabədi, Abşeron və Xızı rayonları artilleriyadan atəşə tutuldu. Nəticədə aralarında 27 qadın və 12 uşaq da olmaqla, 93 mülki şəxs həlak oldu, 454 nəfər isə yaralandı.

Azərbaycan isə cəbhədə zəfərlər qazanmağa davam edirdi. Təsadüfi deyil ki, əzmkar ordumuzun mübarizliyi nəticəsində Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan, Xocalının bir neçə kəndi işğaldan azad olundu. 44 günlük müharibə tarixə əbədi həkk olunacaq Şuşa zəfəri ilə yekunlaşdı.

Tovuz döyüşlərinin 3 ili - KEÇDİYİMİZ ZƏFƏR YOLU!


10 noyabr üçtərəfli bəynatına əsasən isə Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana təhvil verildi.

Beləliklə, Tovuz döyüşləri 44 günlük zəfərin təməl daşı, özəyi və əsas hərəkətverici qüvvəsi kimi hərbi-siyasi tariximizə yazıldı.

Tovuz döyüşlərinin 3 ili - KEÇDİYİMİZ ZƏFƏR YOLU!


Sənə zəfər yaraşır, Azərbaycan!

Fərid Azəri






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ