24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Saatlıda maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

Tarix: 15-07-2023 / 10:17 | Baxılıb: 103
yazıyı büyüt yazıyı küçült
Saatlıda maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb


Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Saatlı rayonunun Mollavəzili kəndində maye qazdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb.

Bu barədə 24 İNFO-ya FHN-ə istinadən xəbər verir.

Məlumata görə, Agentliyin müfəttişləri fərdi sahibkar Ağaquliyev Fikrət Əlibaba oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar. Yoxlama zamanı maye qazdoldurma məntəqəsində istismar olunan tutumların müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət ölçü cihazlarının, qoruyucu qurğuların yoxlanılmadığı və həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Aşkar olunan nöqsanların yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.







Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ