24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Azərbaycana 54 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alındı

Tarix: 15-07-2023 / 10:21 | Baxılıb: 158
yazıyı büyüt yazıyı küçült
Azərbaycana 54 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alındı


İyulun 14-də, saat 08:20-də Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

24 İNFO-nun Dövlət Sərhəd Xidmətinəə istinadən xəbərinə görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 53 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azərbaycana 54 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alındı






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ