24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Brüssel görüşündən nə gözləməli və ya "Expectare et videre"... - ŞƏRH

Tarix: 16-07-2023 / 21:13 | Baxılıb: 476
yazıyı büyüt yazıyı küçült
Brüssel görüşündən nə gözləməli və ya "Expectare et videre"... - ŞƏRH


Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı 15 iyul görüşündən gözləntilər vardı. Görüşü əhəmiyyətli edən birinci məqam onun Avropa İttifaqının vasitəçiliyi ilə təşkili idi.

Brüssel görüşündən nə gözləməli və ya "Expectare et videre"... - ŞƏRH


Danışıqlarda müzakirə olunan məsələlər arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davamı, delimitasiya, kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin ə ərazilərimizdən çıxarılması və qanunsuz sikahlı dəstələrin tərksilah edilməsi yer alırdı

Brüssel görüşündən nə gözləməli və ya "Expectare et videre"... - ŞƏRH


Görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuat üçün bəyanatında gərgin keçən müzakirələrdə irəliləyiş olduğunu vurğuladı. Dedi ki, liderlər suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması, delimitasiya məsələsində Alma-Ata Bəyannaməsinə sadiqlik, o cümlədən sərhəd komissiyalarının işini intensivləşdirməklə bağlı razılığa gəldilər. Ş. Mişel onu da qeyd etdi ki, rəhbəri olduğu qurumun iki ölkə arasında dəmir yolu xəttinin bərpasına maliyyə vəsaiti ayıracaq. Digər məsələ Qarabağın erməni əhalisinə humanitar yardımların çatdırılması idi ki, burada Azərbaycan tərəfi Ağdam-Xankəndi yolundan istifadəyə icazə verməyə hazır olduğunu bəyan etdi.

Brüssel görüşündən nə gözləməli və ya "Expectare et videre"... - ŞƏRH


Mişelin açıqlamasından o da anlaşıldı ki, ehtiyatsızlıqdan hər iki dövlətin ərazisinə keçən şəxslərin geri qaytarılması prosesi də asanlaşacaq. Bundan başqa tərəflərin və vasitəçilik missiyasını daşıyan Avropa İttifaqının nümayəndələri arasında müzakirələr intensiv davam etdiriləcək. Bir başqa məsələ isə sərt ritorikanın qarşılıqlı şəkildə dayandırılmasıdır. O qeyd etdi ki, bu baş verərsə, sülh və münasibətlərin normallaşması istiqamətində əhəmiyyətli irəliləyiş əldə ediləcək.

Bu, əlbəttə ki, vasitəçi tərəfin danışıqlarla bağlı rəyi idi. Prosesi siyasi şərhçilər də diqqətlə izləyib və onların da mövqeyi maraqlıdır.

Brüssel görüşündən nə gözləməli və ya "Expectare et videre"... - ŞƏRH


Siyasi şərhçi İlqar Vəlizadə hesab edir ki, əslində Şarl Mişelin bəyanatını idiyədək istər baş nazirin müavinləri, istərsə də liderlər arasındakı görüşlərin yekunu kimi də dəyərləndirmək olar:

"Şarl Mişelin bəyanatı Rusiya və Azərbaycan xarici işlər nazirlikləri arasındakı söz dueli ilə neytrallıq baxımından ziddiyyət təşkil edir və Azərbaycan tərəfinin maraqlarına uyğundur. Burada söhbət həm ərazi bütövlüyünün qarşılıqlı tanınması, eləcə də istər hökumət təmsilçiləri və xarici işlər nazirləri, istərsə də Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı Brüssel, Kişinyov, danışıqlarla bağlı fikirlərdən gedir. Hazırda baş verənlər tərəflərin bir vaxtlar substantiv danışıqlar adlandırdığı, lakin o zaman nail ola bilmədiyi prosesin ruhuna tam uyğundur. Bir halda ki, iderlər ölkələrin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıblarsa, geriyə yol olmamalıdır. Yerinə yetirilməsi vacib olan əsas məqam indiyədək əldə olunan razılaşmaların kağız üzərində təsbit edilməsidir".

Brüssel görüşü ərəfəsində bir sıra ekspertlər onun nəticələri ilə bağlı skeptik fikirlər irəli sürür, bədbin proqnozlar verirdilər. Hesab olunurdu ki, bu görüş də digərləri kimi ya ümumi xarakterli nəticələrlə, ya da ümumiyyətlə nəticəsiz bitəcək. Bu kimi fikirlərə rəvac verən amil Rusiya mətbuatında tirajlanan proqnozlar idi. Həmin yazılarda israrla bildirilirdi ki, Avropa İttifaqı vasitəçilik etdiyi bu danışıqlarda heç nəyə nail ola bilməyəcək. Lakin nəticələr göstərdi ki, skeptiklər tamamilə yanılır, bu azmış kimi görüş başa çatmadan hər hansı proqnoz verməklə, manipulyasiya etməyə can atırlar. Halbuki, danışıqlarda digər məsələlərlə yanaşı, Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası, habelə vaxtilə Ermənistandan deportasiya olunan soydaşlarımızın öz torpaqlarına qayıtması məsələləri də tələb kimi qoyulub və rəsmi Bakı bu təşəbbüsü irəli sürərək, müdafiə edib. Nəzərə çatdırılıb ki, bu proses hər iki ölkənin iştirakı ilə həyata keçirilməli və rəsmi Yerevan həmin şəxslərin orada təhlükəsiz yaşaması öhdəliyini götürməlidir.

Brüssel görüşündən nə gözləməli və ya "Expectare et videre"... - ŞƏRH


Politoloq Qabil Hüseynlinin fikrincə, tərəflərin Brüsseldə keçirməyi razılaşdırdığı oktyabr görüşündə daha əhəmiyyətli nəticələr əldə oluna bilər:

"Belə görünür ki, Avropa and sülhyaratma prosesinə ciddi yanaşır. Oktyabrda keçiriləcək görüşdə sülh müqaviləsinin ən azından skeleti hazırlanmalı, çərçivə prinsipləri razılaşdırılmalıdır. Hətta bu prinsiplərə Avropa İttifaqının İspaniyanın Qrenada şəhərindəki zirvə toplantısında imza atılması da nəzərdə tutulur. Zənnimcə, Brüsseldə bu proses uğurlu keçib, bir sıra prinsipial məsələlərdə razılıq əldə olunub. Bu səbəbdən hamı oktyabrda keçiriləcək Brüssel görüşünə böyük diqqətlə yanaşmağa başlayıblar. Bir çoxları hesab edir ki, bu görüşdə sülh müqaviləsinin ilkin variantı da razılaşdırıla bilər. Azərbaycan Prezidentinin görüşdə vurğuladığı bir fikri diqqətinizə çatdırmaq istəyirəm. O deyib ki, Laçın yolu ilə bərabər Ağdamdan humanitar yardımların daşınması üçün istifadə edilməsini vacib hesab edirəm. Biz bu yola üstünlük verməklə həm Azərbaycanın suverenliyini müdafiə etmiş oluruq, həm də əlavə xərclərə ehtiyac qalmır".


Beləliklə, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində danışıqların növbəti raundu başa çatdı. Əgər hər hansı xoşagəlməz sürpriz olmazsa, Cənubi Qafqazda sülh, eləcə də Qarabağın dağlıq hissəsində qalan az-maz separatçıların çöküşü yaxındır.

Necə deyərlər, Expectare et videre...






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ