24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Bakıda ruhi-əsəb dispanserində qeydiyyatda olan 53 yaşlı kişi itkin düşdü

Tarix: 16-07-2023 / 21:47 | Baxılıb: 114
yazıyı büyüt yazıyı küçült
Bakıda ruhi-əsəb dispanserində qeydiyyatda olan 53 yaşlı kişi itkin düşdü


Bakının Sabunçu rayonu Balaxanı qəsəbəsi Həsən Əliyev küçəsində yaşayan 1970-ci il təvəllüdlü Məmmədov Qəhrəman Məmməd oğlu iyulun 14-də evdən çıxaraq itkin düşüb.

24 İNFO Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə onun yaxınları Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib.

Qəhrəman Məmmədov evdən çıxarkən əynində göy rəngli cins şalvar, yaşıl rəngli qısaqol köynək və qara rəngli ayaqqabı olub. Boyu 175 sm, saçlarının rəngi ağ, gözlərinin rəngi qəhvəyidir. Q.Məmmədov arıq bədən quruluşludur. Yaxınlarının polisə verdiyi məlumata görə, itkin düşən şəxs ruhi-əsəb xəstəsidir və Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən ruhi-əsəb dispanserində qeydiyyatdadır.

Bakıda ruhi-əsəb dispanserində qeydiyyatda olan 53 yaşlı kişi itkin düşdü






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ