24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Voleybol üzrə Zəfər Kubokuna yekun vurulub, qaliblər müəyyənləşdi

Tarix: 16-07-2023 / 16:20 | Baxılıb: 113
yazıyı büyüt yazıyı küçült
Voleybol üzrə Zəfər Kubokuna yekun vurulub, qaliblər müəyyənləşdi


Qusar Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş jurnalistlər arasında voleybol üzrə Zəfər Kubokuna yekun vurulub.

24 İNFO-nun məlumatına görə, sonuncu oyun günündə yarımfinal, 3-cü yer uğrunda və final matçları keçirilib.

İlk yarımfinal görüşündə "Suqovuşan" və "Kəlbəcər" komandaları üz-üzə gəliblər. Rəqibini 2:0 hesabı ilə məğlub edən ikincilər adını finala yazdırıb.

Yarımfinalın digər oyununda isə "Şuşa" "Xankəndi"nə eyni hesabla qalib gələrək həlledici matçda "Kəlbəcər"ə rəqib olub.

Məğlub komandalar isə 3-cü yer uğrunda görüşdə münasibətlərinə aydınlıq gətiriblər. "Suqovuşan"ı 2:1 hesabı ilə üstələyən "Xankəndi" turnirin bürünc medallarına sahib çıxıb.

Bu oyundan sonra final matçı baş tutub. Hər iki setdə rəqibini yenən "Şuşa" ardıcıl ikinci dəfə yarışın qalibi olub.

Sonda mükafatlandırma mərasimi keçirilib. Çempion komandaya kubok və qızıl medallar, iki və üçüncü yerin sahiblərinə isə müvafiq olaraq, gümüş və bürünc medallar təqdim olunub. Turnirin ən yaxşı oyunçusu seçilən "Şuşa"nın voleybolçusu Anar Məmmədov isə xüsusi mükafata layiq görülüb.

Zəfər Kuboku

16 iyul

Yarımfinallar

10:00. "Suqovuşan" - "Kəlbəcər" - 0:2
11:00. "Xankəndi" - "Şuşa" - 0:2
3-cü yer uğrunda görüş
12:00. "Suqovuşan" - "Xankəndi" - 1:2
Final
13:00. "Şuşa" - "Kəlbəcər" - 2:0


Qeyd edək ki, Zəfər Kubokunun təşkilatçısı İdman Araşdırmalar Mərkəzi, baş sponsoru "Avrora Qrup", dəstəkçiləri Azərbaycan Voleybol Federasiyası, Qusar Olimpiya İdman Kompleksi və Azərbaycan İdman Jurnalistləri İctimai Birliyidir. Əvvəlki analoji yarışlar Bakıda təşkil olunub. Qalib adını isə "Zəngilan" və "Şuşa" komandaları qazanıb.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ