24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Zərdabda 13 kq marixuana aşkar edilib

Tarix: 17-07-2023 / 12:17 | Baxılıb: 125
yazıyı büyüt yazıyı küçült
Zərdabda 13 kq marixuana aşkar edilibZərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyanın qarşının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 24İNFO-ya verilən xəbərə görə, tədbir zamanı rayonun Pərvanlı kənd sakini Mürşüd Abdullayev narkotiklərin satışını təşkil etməkdə şübhəli bilindiyi üçün polislər tərəfindən saxlanılıb. Onun həyətində olan tikiliyə baxış zamanı satış üçün qablaşdırdığı ümumi çəkisi 13 kiloqram olan narkotik vasitə marixuana aşkar edilib. Mürşüd Abdullayev marixuananı həyətində kultivasiya yolu ilə xüsusi qulluq edərək yetişdirdiyi çətənə bitkilərini qurudaraq əldə etdiyini bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq Mürşüd Abdullayevin yaşadığı evin həyətyanı sahəsinə də baxış keçirilib. Oradan həmin şəxs tərəfindən yetişdirilən yaş halda çəkisi 221 kiloqram olan 441 ədəd çətənə bitkisi də aşkar edilib. Çətənə kolları polislər tərəfindən kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, satma, külli miqdarda törədildikdə) və 237.2.3 (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ