24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Bakıda avtomobillə qadını vuraraq qaçan sürücü saxlanıldı

Tarix: 17-07-2023 / 12:15 | Baxılıb: 101
yazıyı büyüt yazıyı küçült
Bakıda avtomobillə qadını vuraraq qaçan sürücü saxlanıldı


Bakıda avtomobillə qadını vuraraq qaçan sürücü saxlanılıb.

Bu barədə 24 İNFO-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 15-də saat 22 radələrində Nərimanov rayonu ərazisində paytaxt sakini G.Həsənovanın avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi və 16-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi məlum olub və həmin avtomobilin sürücüsü, paytaxt sakini İsmayıl Mirzəyev müəyyən olunaraq saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ