24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

BSU-nun sabiq şöbə müdirinin məhkəmə istintaqı yeniləndi

Tarix: 17-07-2023 / 12:35 | Baxılıb: 92
yazıyı büyüt yazıyı küçült
BSU-nun sabiq şöbə müdirinin məhkəmə istintaqı yeniləndi


Bu gün Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

24 İNFO-nun xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqı yenilənib.

Qərar dövlət ittihamçısının vəsatəti əsasında qəbul edilib.

Bildirilib ki, iş üzrə zərərçəkmiş kimi tanınmaq istəyən şahidlər var. Buna görə də məhkəmə istintaqının yenilənməsi ilə bağlı qərar çıxarılıb.

Növbəti proses avqustun 14-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.

D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ