24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Bakı metrosunun "20 Yanvar" stansiyasının yaxınlığında yanğın oldu

Tarix: 17-07-2023 / 13:02 | Baxılıb: 147
yazıyı büyüt yazıyı küçült
Bakı metrosunun "20 Yanvar" stansiyasının yaxınlığında yanğın oldu


Bakı metropoliteninin "20 Yanvar" stansiyasının havalandırma şaxtasının köşkü yaxınlığındakı obyektlərdən birində baş vermiş yanğın səbəbi ilə stansiyaya tüstü daxil olması müəyyən edilib.

Bunu 24 İNFO-ya "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, şaxtadakı güclü ventilyatorların iş rejimi operativ şəkildə dəyişdirilərək, tüstü və qoxunun təsiri ən qısa zamanda aradan qaldırılıb.

"Ümumiyyətlə, son illərdə ventilyatorların iş rejiminin mərkəzləşdirilmiş qaydada təşkil edilməsi ilə bağlı tətbiq edilmiş texnoloji yeniləşmə və idarəetmə sistemlərinin müasir tələblər səviyyəsində qurulması sayəsində ventilyatorların iş rejimi operativ şəkildə dəyişdirilir, həmçinin ventilyatorların bir rejimdən digərinə keçidi mümkün ən qısa müddətdə baş verir", - deyə B. Məmmədov əlavə edib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ