24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

"Azərpoçt"un sədri valyuta mübadiləsi ilə bağlı problemlərə aydınlıq gətirib

Tarix: 25-07-2023 / 13:20 | Baxılıb: 191
yazıyı büyüt yazıyı küçült
"Azərpoçt"un sədri valyuta mübadiləsi ilə bağlı problemlərə aydınlıq gətiribValyuta mübadiləsi ilə əlaqədar problemlərə daha çox "Azərpoçt" MMC-nin kiçik şöbələrində rast gəlinir.

"24İNFO" xəbər verir ki, bunu çərşənbə axşamı "Azərpoçt" MMC-nin idarə heyətinin sədri Əfqan Cəlilov 2023-cü ilin birinici yarısının yekunlarına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, "Azərpoçt" maliyyə xidmətləri göstərmək üçün müvafiq lisenziyaya malikdir və Mərkəzi Bankın tələblərinə cavab verir.

"Belə ki, lisenziyaya əsasən kass əməliyyatları, inkassasiya üzrə xidmətlər həyata keçirilməlidir, həmçinin pul vəsaitlərinin saxlanılması üçün xüsusi seyflər quraşdırılmalıdır. Bəzi kiçik şöbələrin infrastrukturu isə bu təşəbbüslərin həyata keçirilməsinə imkan vermir və biz orada böyük məbləğdə pullar saxlaya bilmirik, nəticədə valyuta mübadiləsi ilə bağlı problemlər yaranır. Əlbəttə, biz bu məsələdə əhalinin tələbatını qarşılamağa çalışırıq. Məsələn, mərkəzi və iri şöbələrimizdə müvafiq infrastruktur var və vətəndaşlar orada istənilən valyuta əməliyyatlarını həyata keçirə bilərlər, vəsait çatışmazlığı ilə bağlı problemlər yaranmır", - deyə o əlavə edib.

Qeyd edək ki, bundan əvvəl "Azərpoçt" MMC-nin rayon şöbələrində valyuta mübadiləsi ilə bağlı problemlərin olduğu bildirilib. Xarici valyutada böyük məbləğlərin həm alışında, həm satışında çətinliklər yarandığı qeyd olunub.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ