24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Deputat: Azərbaycan hər bir hədəfə zamanında nail olur

Tarix: 25-07-2023 / 15:59 | Baxılıb: 615
yazıyı büyüt yazıyı küçült
Deputat: Azərbaycan hər bir hədəfə zamanında nail olurŞuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunda iştirak edənlərin, həmçinin onların təmsil etdikləri ölkələrin say tərkibi tədbirin beynəlxalq əhəmiyyəti barədə aydın təsəvvür yaradır. Prezident İlham Əliyevin Forumdakı çıxışı, iştirakçıların çoxsaylı suallarına cavabları bir daha tarixi həqiqətlərimizin, postmünaqişə dövrünün reallıqlarının, müasir dövrün çağırışlarının və onların düzgün cavablandırılması yollarının təqdimatı oldu. Dövlət başçısının çıxışının mahiyyətində Azərbaycanın, regionun gələcəyi ilə bağlı hədəflər dayandı. Ölkə Prezidenti bildirdi ki, prinsip etibarilə strateji inkişaf istiqamətləri bir çox illər bundan əvvəl müəyyənləşdirilib. Yeganə məqam odur ki, həyat öz dəyişikliklərini əlavə edir və dəyişən reallıqları planlarımıza inteqrasiya etməli oluruq. İşğal altındakı ərazilərin azad olunmasından sonra sosial-iqtisadi məsələlər ön planda dayanır. Çünki Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir. Cəmiyyətdə gələcəyimizin əsas məsələləri üzrə konsensus var. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, Ermənistanla münasibətlərin tənzimlənməsində sülh müqaviləsinin imzalanmasına nail olsaq, ümumiyyətlə, Cənubi Qafqazda vəziyyət sağlamlaşacaq və yüksək risk zonasından çıxmış olacaq. Münasibətlərin normallaşması həm Azərbaycan, həm də Ermənistan iqtisadiyyatı üçün daha genişmiqyaslı planların gerçəkləşdirilməsinə imkan verəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, sual-cavab formatında keçirilən Forum tarixi həqiqətlərə işıq salaraq ölkəmiz barədə dolğun məlumatın əldə edilməsində zəngin mənbə olacaq. “Dövlətimizin başçısının qeyd etdiyi kimi, Forum iştirakçıları üç saata yaxın davam edən müzakirələr sayəsində ölkələrinə çox yaxşı nəticələrlə qayıdacaqlar. Prezident İlham Əliyevin söylədiyi hər bir fikir, gündəmə gətirdiyi hər bir məsələ, irəli sürdüyü təklif gələcək üçün bir ideya, istiqamətdir. Bütün dövrlər üçün informasiya mübarizəsinin vacibliyini nəzərə alsaq belə tədbirlərin, daha dəqiq desək, beynəlxalq miqyas alan forumların keçirilməsi mütləqdir. Dövlət başçısı İlham Əliyevin bu forumun müntəzəm olaraq keçirilməsini və buna birinci Şuşa Qlobal Media Forumu adının verilməsini təklif etməsi də bu məqsədə xidmət edir”, - deyə M.Həsənov vurğulayıb.

Deputat əminliklə bildirib ki, Forum Azərbaycanın hazırkı inkişaf modelinin dünyaya təqdimatında öz sözünü deyəcək. O, hazırkı dövrün əsas çağırışı olan sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfinin göstərdiyi səylərin, üzərinə düşdüyü öhdəlikləri yerinə yetirməsinin qarşısında Ermənistanın konkret mövqe ortaya qoymamasına xüsusi diqqət yönəldərək deyib: “Prezident İlham Əliyevin Forumdakı çıxışı özündə mühüm mesajları, çağırışları ehtiva edir. Hazırda danışıqlar masasında əsas məsələlərdən biri Ermənistanın rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsidir. Ermənilər bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, digər tərəfdən də deyirlər ki, Qarabağdakı erməni icması da sülh danışıqlarına hər hansı bir şəkildə daxil edilməlidir. Bu məsələ mümkünsüzdür. Cənab İlham Əliyevin “Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır” çağırışı qarşı tərəfi ciddi düşündürməlidir”.

Azərbaycanın hər bir hədəfə zamanında nail olduğunu önə çəkən Malik Həsənov vurğulayıb ki, atılan hər addım əvvəlki addımın məntiqi davamı olub. “Xalqımızın və dövlətimizin vahid hədəfləri var. Bu hədəflərə nail olmaq üçün strateji yol xəritələri təqdim edilir. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycanın əsas çağırışlarından biri hadisələrə real baxmaqdır. Forumda bu mühüm məqam xüsusi qeyd edildi ki, beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür”,- deyə o diqqətə çatdırıb.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ