24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Paşinyan: “Rusiyanın danışıqlarda aktivliyi Ukraynadakı hadisələrə görə azalıb”

Tarix: 25-07-2023 / 17:04 | Baxılıb: 195
yazıyı büyüt yazıyı küçült
Paşinyan: “Rusiyanın danışıqlarda aktivliyi Ukraynadakı hadisələrə görə azalıb”“Ermənistan-Azərbaycan normallaşma prosesi çərçivəsində danışıqlarda Rusiyanın fəallığının azalması Ukraynadakı hadisələrlə bağlıdır”.

“24İNFO” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında bildirib.

Baş nazir son vaxtlar Qərb platformalarında görüşlərin üstünlük təşkil etməsinə və ABŞ Dövlət katibi Entoni Bliken ilə bir neçə dəfə telefon danışığının baş tutmasına diqqət çəkib.

“Mən ABŞ-ın səylərini yüksək qiymətləndirirəm, çünki onlar sülh müqaviləsinin reallaşması üçün həqiqətən böyük səy göstərirlər”, - Paşinyan bildirib.

Onun fikrincə, bu, Rusiya və ya Qərbi prosesdən kənarlaşdırmaq istəyi ilə bağlı deyil, obyektiv səbəblərdən baş verir: “Rusiyanın danışıqlar və təşəbbüskarlıq baxımından fəallığının azalması Moskvanın məsələnin həllini istəməməsinə görə deyil, Ukraynadakı hadisələrlə bağlıdır”.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ