24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Rafiq Cəlilov Moranlı kəndində səyyar qəbul-görüş keçirib

Tarix: 25-07-2023 / 17:19 | Baxılıb: 375
yazıyı büyüt yazıyı küçült
Rafiq Cəlilov Moranlı kəndində səyyar qəbul-görüş keçiribMövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulları davam edir. Moranlı kəndində keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan problemlərlə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti üzrə müəyyən tapşırıqlar verilib. Həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımi izah verilib, onlarla söhbət aparılıb.

Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Rafiq Cəlilov Moranlı kəndində səyyar qəbul-görüş keçirib
Rafiq Cəlilov Moranlı kəndində səyyar qəbul-görüş keçirib
Rafiq Cəlilov Moranlı kəndində səyyar qəbul-görüş keçirib
Rafiq Cəlilov Moranlı kəndində səyyar qəbul-görüş keçirib






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ