24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Bir qrup amerikalı jurnalist və media eksperti Ağdama səfər edib

Tarix: 01-08-2023 / 15:09 | Baxılıb: 90
yazıyı büyüt yazıyı küçült
Bir qrup amerikalı jurnalist və media eksperti Ağdama səfər edibABŞ-da fəaliyyət göstərən bir qrup jurnalistdən və media ekspertindən ibarət nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Qarabağın işğaldan azad edilmiş ərazilərində olub.

"24İNFO" “Report”a istinadən xəbər verir ki, Qarabağa səfərin proqramı Qafqazın “Xirosiması” adlandırılan Ağdam şəhərindən başlayıb.

Öncə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı amerikalı qonaqlara işğal illərində Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə Azərbaycan torpaqlarında, o cümlədən Ağdam rayonunda basdırılmış minalar barədə məlumat verib və jurnalistlərin suallarını cavablandırıb, iki yerüstü minanın təmizlənməsi əməliyyatı nümayiş etdirilib.

Sonra Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı erməni vandalizmi nəticəsində ərazidəki tarixi, mədəni və dini abidələrin əksəriyyətinin dağıdıldığı barədə məlumat verib.

Amerikalı jurnalistlər Cümə məscidini, Şəhidlər xiyabanını və Ağdam Dram Teatrını ziyarət ediblər. Onlara bu memarlıq abidələrinin işğaldan əvvəlki vəziyyətini əks etdirən fotoşəkillər göstərilib. Xarici qonaqlar qarşılaşdıqları mənzərədən şoka düşdüklərini gizlətməyiblər.

Qonaqlar Ağdam rayonunda aparılan bərpa işlərinin gedişi ilə də tanış olublar və Ağdam Konfrans Mərkəzini ziyarət ediblər.

Nümayəndə heyətini səfərdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları müşayiət edib.

Qeyd edək ki, nümayəndə heyətinə ABŞ-ın Yel Univeristetində təhsilini davam etdirən, “Report” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan azərbaycanlı jurnalist Vüsalə Abbasova, “Arab News”un BMT bürosunun rəhbəri, Əfqanıstan, İraq və Cənubi Livandakı münaqişə bölgələrində dünyanın qabaqcıl media qurumlarının (Fox TV, CNN, Al Jazeera) müharibə müxbiri kimi uzun illər çalışmış Əfram Kosafi, Kolumbiya Respublikasının tanınmış televiziya şəbəkəsinin (Caracol TV and Canal 1) Nyu-York və paytaxt Vaşinqtondakı müxbiri, tanınmış blogger Paola Varqas, “Schirach Report”un təsisçisi və baş redaktoru Paolo von Şiraç, “Anadolu” Agentliyinin ABŞ bürosunun fotojurnalisti, “Turkish Journal”ın təsisçisi Selcuk Acar və “RC Communications”nın prezidenti, tanınmış jurnalist və siyasi şərhçi Kelvin Dark daxildir.

Bakıya səfərin ilk günündə nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezident Administrasiyasında və Diasporla İş üzrə Dövlət Komitəsində görüşləri keçirilib. Qonaqlar Heydər Əliyev Mərkəzi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə də tanış olublar.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ