24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Ərdoğanla Putin arasında telefon danışığı olub, səfərlə bağlı razılıq əldə edilib

Tarix: 02-08-2023 / 14:44 | Baxılıb: 211
yazıyı büyüt yazıyı küçült
Ərdoğanla Putin arasında telefon danışığı olub, səfərlə bağlı razılıq əldə edilibTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı başa çatıb.

“24İNFO” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

R.T.Ərdoğan Türkiyədə meşə yanğınları ilə mübarizə üçün 2 amfibiya yanğınsöndürmə təyyarəsi göndərdiyinə görə V.Putinə təşəkkür edib.

O, rusiyalı turistlərin Türkiyəyə artan marağından məmnunluğunu ifadə edərək, bu il birgə səylər nəticəsində turizmdə rekordu qıracaqlarına inandığını dilə gətirib.

R.T.Ərdoğan Rusiya-Ukrayna müharibəsində gərginliyi artıracaq addımların atılmaması lazım olduğunu söyləyib. O, “sülh körpüsü” hesab etdiyi Qara dəniz təşəbbüsünün əhəmiyyətini vurğulayıb.

Telefon danışığı zamanı V.Putinin Türkiyəyə səfəri ilə bağlı razılıq əldə edilib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ