24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Amerikalı jurnalistlər Şuşanı ziyarət ediblər

Tarix: 03-08-2023 / 10:59 | Baxılıb: 142
yazıyı büyüt yazıyı küçült
Amerikalı jurnalistlər Şuşanı ziyarət ediblərAzərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup amerikalı jurnalist və media eksperti Şuşa şəhərində olub.

"24İNFO" xəbər verir ki, Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşı amerikalı qonaqlara Azərbaycanın ən mühüm şəhərlərindən biri olan, Qafqazın musiqi mərkəzi hesab edilən Şuşanın yaranma tarixi, inkişafı, işğal illərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandallarının şəhərdəki tarixi memarlıq, mədəni və dini abidələrini dağıtması, hazırda aparılan yenidənqurma və abadlıq işləri barədə ətraflı məlumat verib və sualları cavablandırıb.

Nümayəndə heyəti “Güllələnmiş heykəllər” meydanını, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Yuxarı Gövhərağa məscidini, Molla Pənah Vaqifin məqbərəsini, Gəncə Qapısını, Şuşa qalasını və Cıdır düzünü ziyarət edib.

Qeyd edək ki, nümayəndə heyətinə ABŞ-ın Yel Univeristetində təhsilini davam etdirən, “Report” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan azərbaycanlı jurnalist Vüsalə Abbasova, “Arab News”un BMT bürosunun rəhbəri, Əfqanıstan, İraq və Cənubi Livandakı münaqişə bölgələrində dünyanın qabaqcıl media qurumlarının (Fox TV, CNN, Al Jazeera) müharibə müxbiri kimi uzun illər çalışmış Əfram Kosafi, Kolumbiya Respublikasının tanınmış televiziya şəbəkəsinin (Caracol TV and Canal 1) Nyu-York və paytaxt Vaşinqtondakı müxbiri, tanınmış blogger Paola Varqas, “Schirach Report”un təsisçisi və baş redaktoru Paolo von Şiraç, “Anadolu” Agentliyinin ABŞ bürosunun fotojurnalisti, “Turkish Journal”ın təsisçisi Selcuk Acar və “RC Communications”nın prezidenti, tanınmış jurnalist və siyasi şərhçi Kelvin Dark daxildir.

Amerikalı jurnalistlər Şuşanı ziyarət ediblər
Amerikalı jurnalistlər Şuşanı ziyarət ediblər
Amerikalı jurnalistlər Şuşanı ziyarət ediblər
Amerikalı jurnalistlər Şuşanı ziyarət ediblər
Amerikalı jurnalistlər Şuşanı ziyarət ediblər






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ