24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Heydər Əliyev Fondundan mədən-tarixi irsimizin bərpasına böyük töhfə

Tarix: 05-08-2023 / 08:43 | Baxılıb: 437
yazıyı büyüt yazıyı küçült
Heydər Əliyev Fondundan mədən-tarixi irsimizin bərpasına böyük töhfəFondun azad olunmuş ərazilərimizdə reallaşdırdığı layihələrin əhatə dairəsi olduqca genişdir

"24İNFO" ikisahil.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlarımıza mütəmadi səfərləri davam edir. Ölkə başçısı mayın 27-də Kəlbəcərdə bir neçə önəmli infrastruktur layihələrin təməlini qoyandan bir gün sonra Laçına daimi yaşamağa qayıdan laçınlı məcburi köçkünlərlə elə Laçın şəhərində görüşdü. Ali Baş Komandanımızın 28 May Müstəqillik Günündə- azad Laçından ilk dəfə həm Ermənistana, həm də onun havadarlarına ciddi mesajlar verməsi bir daha xalqımızda əminlik yaratdı ki, biz bir dövlət və millət olaraq bölgədə əsl söz sahibiyik və geosiyasi məsələlərdə Azərbaycanla hesablaşmaq qaçılmazdır.

Eyni zamanda, beynəlxalq ictimaiyyət Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin fonunda Azərbaycanın təkbaşına, yalnız öz daxili imkanları hesabına necə nəhəng layihələr həyata keçirdiyini də heyrətlə izləyir. Bundan başqa, Prezident İlham Əliyev Qafqazın incisi hesab olunan və 28 illik düşmən əsarətindən qəhrəmancasına azad edilən Şuşaya hər səfərində şəhəri dünya ictimaiyyətinə təkcə mədəniyyət paytaxtı kimi deyil, həm də beynəlxalq -siyasi tədbirlərin məkanı kimi təqdim edir.

Bu bir gerçəklikdir ki, bu gün ən çox məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı təmin olunan Laçın rayonunda da böyük quruculuq işləri gedir. Qeyd edək ki, son 7-8 ay ərzində Laçında 700 bina inşa edilib ki , onlardan 620-si fərdi yaşayış binası, 9-u çoxmənzilli binadır. Ümumilikdə ilkin mərhələdə 800 –dən çox ailə Laçın şəhərində yaşaya biləcək. Bir daha aydın görünür ki, Qarabağda və Şərqi Zəngəzurdakı möhtəşəm layihələrin sürətlə həyata keçirilməsi davam edir. Məlumdur ki, Prezident İlham Əliyev 2023-cü ildə də Böyük Qayıdış üçün genişmiqyaslı işlərin həyata keçiriləcəyinin anonsunu bu ilin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib. Vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri yenə də dövlətin əsas diqqət mərkəzində olacaqdır: «Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlamışıq. Bir neçə kəndin təməli qoyuldu. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq. Əlbəttə, Ağalı kəndi birinci addım idi. Amma biz bu il bunu, inşallah, daha kütləvi surətdə görəcəyik. Bununla paralel olaraq, Şuşada, Ağdamda, Füzulidə məktəblər, xəstəxanalar hazır olacaq… 2023-cü ildə laçınlılar Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdacaqlar.»

Qeyd edək ki, Böyük Qayıdışın təməli hələ Vətən müharibəsinin davam etdiyi günlərdə qoyulmuşdu. Düşməndən azad edilən Suqovuşan və Talış kəndlərinə gedən yolların çəkilişinə start veriləndə hələ hərbi əməliyyatlar davam edirdi. Tarixi Qələbəmizdən dərhal sonra isə müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə başlanıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş ərazilərə ilk səfəri də Zəfər yolunun təməlinin qoyulması ilə yadda qaldı. Bununla da Qarabağ və Şərqi Zəngəzur əsl tikinti meydançasına çevrildi. Füzuli və Zəngilanda beynəlxalq hava limanlarının qısa müddətdə istifadəyə verilməsi, həmçinin Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulması, Güləbird Su-Elektrik Stansiyasının, o cümlədən işğaldan azad edilmiş ərazilərdə daha 7 yarımstansiyanın inşası, Şuşanın su və elektrik təchizatının təmin edilməsi, « Xarıbülbül» və «Qarabağ» hotellərinin açılışı göstərdi ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası həm də kompleks xarakter daşıyır.

Hazırda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur. Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Xudafərin-Qubadlı, Laçın, Qubadlı-Eyvazlı, Füzuli-Ağdam yolları ən müasir standartlar səviyyəsində inşa olunur. Bu layihələr üzrə avtomobil yollarının uzunluğu 700 kilometrdən artıq olacaq. Bu yolların bir qismi ən mürəkkəb relyef şəraitində inşa olunur. Təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər bununla bitmir. Hətta orada yeni iş yerlərinin yaradılması üçün də istehsalat müəssisələrinin- aqroparkların təməlləri qoyulur ki, onlar da yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.

Bir məsələni də xüsusi qeyd etməliyik ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasını Azərbaycan dövləti öz maliyyə imkanları hesabına həyata keçirir. 2022-ci ildə bu məqsədlə dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılmışdı. 2023-cü ilin dövlət büdcəsində isə bu vəsait daha 50 milyon manat artırılıb.

İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir, tarixi və dini abidələrin, məscidlərin bərpası ilə bağlı layihələr həyata keçirir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə Fondun reallaşdırdığı layihələrin əhatə dairəsi olduqca genişdir. İndiyədək bu layihələrin bir qismi tam icra olunub. Məsələn, 2021-ci ildə Şuşada dahi Azərbaycan şairi və ictimai xadim Vaqifin muzey-məqbərə kompleksinin yenidənqurulması cəmi bir neçə aya başa çatdırılıb. Abidənin hər detalında tarixi görkəmi qorunub saxlanılıb. Fondun dəstəyi ilə Şuşada Vaqifin büstü və görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli bərpa olunub. Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi, mühüm tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksi, «Şirin su» hamamı da Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Azərbaycanın tanınmış tarzəni Sadıqcanın Şuşadakı evinin bərpasını da Fond həyata keçirir. Fondun işğaldan azad olunmuş ərazilərdə reallaşdırdığı layihələrin bir qismi də məscidlərin bərpası ilə əlaqəlidir. Hazırda Şuşa məscidləri, həmçinin Ağdam «Cümə» və Zəngilan məscidləri Heydər Əliyev Fondu tərəfindən bərpa edilir.

Bəli, bu gün bütün dünya görür ki, Azərbaycan ermənilərin darmadağın etdiyi torpaqlarımızda gülüstan yaradır. Belə ki, 2023-cü ilin sonunadək işğaldan azad olunan ərazilərin bərpa-quruculuq işinə 12 milyard manat xərclənəcək. Bütün bunlara rəğmən hər iki xalqın xarakteri aydın görünür: dağıdıcı ermənilər və qurucu azərbaycanlılar... Təbii ki, buradakı tikinti-quruculuq işləri həm də Xankəndidə yaşayan erməni əhalisinə bir mesajdır ki, siz qüdrətli Azərbaycanın himayəsində daha rahat və firavan yaşaya bilərsiniz.

Heydər Əliyev Fondundan mədən-tarixi irsimizin bərpasına böyük töhfə
Heydər Əliyev Fondundan mədən-tarixi irsimizin bərpasına böyük töhfə
Heydər Əliyev Fondundan mədən-tarixi irsimizin bərpasına böyük töhfə
Heydər Əliyev Fondundan mədən-tarixi irsimizin bərpasına böyük töhfə
Heydər Əliyev Fondundan mədən-tarixi irsimizin bərpasına böyük töhfə






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ