24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Rusiyanın Afrikaya taxıl göndərməsi qiymət artımını dayandırmayacaq - ABŞ dövlət katibi

Tarix: 08-08-2023 / 09:55 | Baxılıb: 166
yazıyı büyüt yazıyı küçült
Rusiyanın Afrikaya taxıl göndərməsi qiymət artımını dayandırmayacaq - ABŞ dövlət katibiRusiyanın Afrika ölkələrinə təklif etdiyi taxıl tədarükü bazardakı vəziyyəti dəyişdirməyəcək və qiymət artımı problemini həll etməyəcək.

"24İNFO" xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Fransanın "RFI" radiostansiyasına müsahibəsində deyib.

"Görünür, Rusiya 5-6 ölkəyə 50 min ton taxıl göndərmək fikrini irəli sürüb. (...) Rusiyanın təklif etdiyi dənizdə damladır. Bu, problemi həll etmir, qiymət artımını dayandırmayacaq. Bu, milyonlarla ton taxılın bazardan çıxarılması və xüsusən, inkişaf etməkdə olan ölkələrdə ehtiyacı olanlar üçün əlçatan olmaması faktını dəyişdirmir", - o deyib.

ABŞ dövlət katibinin sözlərinə görə, Qara dəniz taxıl sazişi çərçivəsində inkişaf etməkdə olan ölkələrə 20 milyon ton taxıl ixrac edilib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ