24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

KİV: Paşinyan Atomyanı Tonoyana görüş icazəsi verdiyi üçün işdən qovub

Tarix: 10-08-2023 / 10:41 | Baxılıb: 175
yazıyı büyüt yazıyı küçült
KİV: Paşinyan Atomyanı Tonoyana görüş icazəsi verdiyi üçün işdən qovubErmənistan baş naziri Nikol Paşinyan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbəri Sergey Atomyanı David Tonoyana anasına baş çəkməyə icazə verdiyi üçün işdən qovub.

“24İNFO” xəbər verir ki, bunu Ermənistanın “Joqovurd” qəzeti yazıb. Qəzet özünün etibarlı mənbələrinə istinadən yazır ki, keçmiş müdafiə naziri Tonoyan avqustun 1-də parlament komissiyasının iclasına aparılan zaman Atomyana belə bir xahişlə müraciət edib. S.Atomyan da buna məsələnin məxfi qalması şərti ilə icazə verib.

Parlamentin müdafiə məsələləri üzrə komissiyasının sədri Andranik Koşaryan vasitəsilə baş nazir Nikol Paşinyan bundan xəbər tutub. O da Atomyanı işdən çıxarıb. S.Atomyan bu məlumatı təkzib etsə də, “Joqovurd”un məlumatına görə, onun mənbələri məlumatın etibarlılığında israrlıdır.

Qeyd edək ki, baş nazir S.Atomyanı avqustun 5-də vəzifəsindən azad edib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ