24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Şəhadət Quliyevin dəstəyi ilə futbol turniri təşkil olundu

Tarix: 17-08-2023 / 09:15 | Baxılıb: 313
yazıyı büyüt yazıyı küçült
Şəhadət Quliyevin dəstəyi ilə futbol turniri təşkil olundu15-16 Avqust 2023-cü il tarixlərində əməkdar məşqçilər Zahid Hüseynov və Konstantin Abromenkonun əziz xatirəsinə həsr olunan, 2014-2015-ci il təvəllüdlü uşaqlar arasında mini-futbol üzrə turnir keçirilib.

“24İNFO” xəbər verir ki, “Lokomotiv Gəncə” futbol meydancasında baş tutan turnirin təşkilatçısı hər iki məşqicilərin tələbəsi, əslən Gəncədən olan, Özbəkistanda yaşayan Şəhadət Quliyevdir.

Turnir həmçinin “Kəpəz fk”nın veteranları təşkilatı dəstəi ilə həyata keçirilib.

Qeyd edək ki, turnirin qalibi Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər idman-Şahmat məktəbinin “TİM” komandası olub. Komandanın baş məşqçisi tanınmış futbol veteranı Ceyhun Tanrıverdiyev və köməkçi məşqçi Ramin Süleymanovdur.

“24İNFO” saytının kollektivi adından qalib komandanı təbrik edir və gələcək oyunlarda uğurlar arzulayırıq.

Şəhadət Quliyevin dəstəyi ilə futbol turniri təşkil olundu
Şəhadət Quliyevin dəstəyi ilə futbol turniri təşkil olundu
Şəhadət Quliyevin dəstəyi ilə futbol turniri təşkil olundu






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ