24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Aİ Ermənistan Müdafiə Nazirliyinin dezinformasiyasını ifşa edib

Tarix: 17-08-2023 / 14:56 | Baxılıb: 109
yazıyı büyüt yazıyı küçült
Aİ Ermənistan Müdafiə Nazirliyinin dezinformasiyasını ifşa edibAvropa İttifaqının Ermənistandakı monitorinq missiyası avqustun 15-də Ermənistan-Azərbaycan şərti sərhədində monitorinq zamanı eşidilən atəş səslərinin mənbəyini müəyyən edə bilməyib.

Bu barədə “Report”a Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarının mətbuat katibi Peter Stano bildirib.

“Avqustun 15-də Yuxarı Şorca kəndi yaxınlığında keçirilən patrul zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyası (EUMA) patrulun aparıldığı yerdən təxminən bir kilometr məsafədə dörd-beş atəş qeydə alıb. Lakin missiyanın yerləşdiyi istiqamət atəşin mənbəyini və hədəfini müəyyən etməyə imkan verməyib. Patrul iştirakçıları özlərini atəşin hədəfi kimi görməsələr də, ehtiyat tədbiri olaraq ərazini tərk ediblər”, - o vurğulayıb.

Maraqlıdır ki, Aİ-nin Ermənistandakı missiyasının “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində ilk olaraq Ermənistan Müdafiə Nazirliyinin iddialarının əksinə olaraq, patrulun atəşə tutulmadığı barədə paylaşım edilmişdi.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ