24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Elnur Camalxanov “Füzuli” futbol komandasının İdarə Heyətinə sədr seçilib

Tarix: 18-08-2023 / 12:53 | Baxılıb: 195
yazıyı büyüt yazıyı küçült
Elnur Camalxanov “Füzuli” futbol komandasının İdarə Heyətinə sədr seçilib“Füzuli” futbol komandasının İdarə Heyətinə yeni sədr seçilib.

"24İNFO" xəbər verir ki, bu vəzifəyə tanınmış jurnalist Elnur Camalxanov layiq görülüb.

Bununla bağlı oxu.az-a jurnalist özü məlumat verib.

“Dəvət üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Peşəkar Futbol Liqası (PFL) rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Klubun yaradıcısı və icraçı direktoru Vasif İsmayılovun komandanın indiyədək ayaqda qalması, həmçinin, Region Liqasında uğurlu çıxışlarına görə əziyyəti danılmazdır.
PFL-in ikinci liqada iştirak edəcək klub rəhbərləri ilə AFFA-da keçirilən görüşündə bir çox vacib məsələlər müzakirə olundu. Klubumuzun daha da inkişaf etdirilməsi, nəinki birinci diviziona, hətta “Misli Premyer Liqası”na vəsiqə qazanması üçün əlimizdən gələni edəcəyik. Hər kəsə uğurlar arzulayıram”, - deyə E.Camalxanov qeyd edib.

Qeyd edək ki, keçmiş telejurnalist “Space” müstəqil teleradio şirkətində müxtəlif vəzifələrdə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri postunda çalışıb.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ