24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Türkiyə və Rusiya liderləri görüşə bilər

Tarix: 21-08-2023 / 17:12 | Baxılıb: 70
yazıyı büyüt yazıyı küçült
Türkiyə və Rusiya liderləri görüşə bilərTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə sentyabr ayında şəxsən görüşəcəyinə ümid etdiyini bildirib.

"24İNFO" xəbər verir ki, Türkiyə Prezidenti bu barədə Macarıstan səfərindən qayıdarkən jurnalistlərə deyib.

"Sentyabrda Hindistanda "G20" ("Böyük iyirmilik") sammiti və ABŞ-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının iclası keçiriləcək. Bu gərgin qrafikdə imkan tapsaq cənab Putinlə üz-üzə görüşəcəyik", - o deyib.

Qeyd edək ki, Türkiyə və Rusiya liderləri avqustun 2-də baş tutan telefon danışıqlarının nəticələrinə görə görüşmək barədə razılığa gəliblər. Tərəflər görüş zamanı ikitərəfli əlaqələri, Rusiya-Ukrayna müharibəsini və taxıl sazişini müzakirə etməyi planlaşdırırlar.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ