24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Yeniyetmə cüdoçular dünya çempionatına yola düşdülər

Tarix: 22-08-2023 / 11:58 | Baxılıb: 200
yazıyı büyüt yazıyı küçült
Azərbaycanın yeniyetmə oğlanlardan və qızlardan ibarət milli yığma komandalarının 23-27 avqustda keçiriləcək dünya çempionatına hazırlıqları başa çatıb. Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək yarışda Azərbaycan 12 çəki dərəsində 13 oğlan və 5 qız cüdoçu ilə təmsil olunacaq.

"24İNFO" xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu milli yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, yeniyetmə cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər.
Qeyd ki, yeniyetmə oğlanlardan və qızlardan ibarət milli yığma dünya çempionatına hazırlıq məqsədilə avqustun 5-dən 16-a qədər Bakıda keçirilən təlim-məşq toplanışına qatılıblar.

Dünya çempionatında cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edəcək.

Qeyd edək ki, idmançılar 23-26 avqust tarixlərində çempionatın fərdi yarışlarında, 27 avqustda isə komanda yarışlarında iştirak edəcək.


Yeniyetmə cüdoçular dünya çempionatına yola düşdülər
Yeniyetmə cüdoçular dünya çempionatına yola düşdülər
Yeniyetmə cüdoçular dünya çempionatına yola düşdülər
Yeniyetmə cüdoçular dünya çempionatına yola düşdülər
Yeniyetmə cüdoçular dünya çempionatına yola düşdülər
Yeniyetmə cüdoçular dünya çempionatına yola düşdülər






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ