24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Dünya çempionatı: Bu gün daha beş cüdoçumuz mübarizəyə qoşulacaq

Tarix: 24-08-2023 / 10:40 | Baxılıb: 240
yazıyı büyüt yazıyı küçült
Dünya çempionatı: Bu gün daha beş cüdoçumuz mübarizəyə qoşulacaqXorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmə cüdoçular arasında keçirilən dünya çempionatının ikinci günündə 4 çəki dərəcəsində 5 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.

"24İNFO" xəbər verir ki, oğlanlar arasında 60 kiloqramda Məhəmməd Musayev, 66 kiloqramda Əbil Yusubov və Cəsur İbadlı güclərini sınayacaq.

Qızlar arasında isə 48 kiloqram çəki dərəcəsində Vüsalə Hacıyeva və 52 kiloqramda Xədicə Qədəşova tatamiyə çıxacaq.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan cüdoçularından Nihad Məmişov (50 kiloqram) qızıl, Məhəmməd Məmişov (50 kiloqram) gümüş, Mirxaliq İskəndərov (55 kiloqram) isə bürünc medal qazanıb.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ